Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsitsyo şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 2-ci qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Şəfi Bakarini (Keniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Əsrar Vahidovla üz-üzə gələcək.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz qüvvəsini sınayacaq. Özbək əsilli Mərcanə Savriyeva (50 kq) Susan Aquasla (Ekvador) döyüşəcək.
