Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Taekvondo
    Bakıda taekvondo üzrə dünya çempionatının açılışı oldu
    29.05.2023 17:36:38

    Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

    Prosport.Az-ın məlumatına görə, Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.

    İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

    Daha sonra Dünya Taekvondo Federasiyasının himni səsləndirilib və qurumun bayrağı nümayiş etdirilib. Ardınca Azərbaycanın nəhəng bayrağı gətirilib, Dövlət Himni səsləndirilib.

    Hakimlərin və idmançıların andiçməsindən sonra Ümumdünya Taekvondosunun prezidenti Çanq-van Çu çıxış edərək hər kəsi salamlayıb: "Burada çempionatın keçirilməsindən çox məmnunuq. Azərbaycanda və Bakıda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Prezident İlham Əliyevin dəstəyi nəticəsində bu idman növü ölkədə geniş vüsət alır".

    Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüraciəti təqdim olunub. O, taekvondonun dünyada ən məşhur idman növlərindən biri olduğunu söyləyib və onun insanların birliyi üçün əhəmiyyətli olduğunu söyləyib.

    Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondonun ölkədə özünəməxsus yeri olduğunu və gənclərdə bu idman növünə marağın artdığını vurğulayıb. O, dünya çempionatının təşkilini Azərbaycana həvalə etdikləri üçün beynəlxalq federasiyaya təşəkkürünü bildirib. Federasiya rəhbəri idmançılara uğurlar arzulayıb.

    Gənclər və idman naziri Fərid Qayıbovun dünya çempionatını açıq elan etməsindən sonra Heydər Əliyevin Azərbaycan idmanına bəxş etdiyi töhfələrdən bəhs olunan videoçarx göstərilib.

    Taekvondo

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08
    Taekvondo

    Olimpiya mükafatçımız Parisə reytinq turnirinə yollandı

    8.10.2026 11:07:32
    Taekvondo

    Taekvondoçularımız “Albania Open”də 4 medal qazandılar

    4.10.2026 22:32:43
    Taekvondo

    Azərbaycanı Tiranada onlar təmsil edəcək - ADLAR

    2.10.2026 14:45:55
    Döyüş növləri

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved