Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Pərviz Nəsibov finalda azərbaycanlı güləşçiyə uduzmasının səbəbini açıqladı
    27.02.2024 18:42:59

    “Azərbaycanda güləşə başladığım günü və qazandığım ilk medalı yaxşı xatırlayıram. Bu, həyatımdakı ən unudulmaz və xoş xatirədir. Hətta anam mənə bu mükafatın “Tokio-2020” Yay Olimpiya Oyunlarında əldə etdiyim medalla eyni dəyərə sahib olduğunu deyir”.

    Prosport.Az xəbər verir ki, bu sözləri Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov xarici mətbuata müsahibəsində deyib.

    Əslən Ağstafadan olan 27 yaşlı idmançı güləşlə məşğul olmasının səbəbini açıqlayıb. O bildirib ki, anadan olduğu rayonda digər idman növləri üzrə bölmələr olmadığı üçün güləşi seçib: “Digər idman növlərindən futbola marağım olub. Bu idman növünü hər zaman sevmişəm. Amma düşünmürəm ki, güləşi seçməsəydim, böyük futbolçu olardım. Hobbilərim arasında reqbi və basketbol da var”.

    Tokio Olimpiadasının gümüş mükafatçısı Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadəyə (72 kq) məğlub olduğu final görüşündən də söz açıb: “Rəqibim çox güclü idi, dünya və Avropa çempionu olub. Ülvünü çoxdan tanıyıram. Kiminlə qarşı-qarşıya gələcəyimin fərqində idim. Rəqibimin zəif tərəflərini yaxşı bilirdim. Karyerası ərzində yalnız 72 kq çəki dərəcəsində mübarizə aparıb. Mən isə uzun müddətdir ki, bu çəkidə güləşmirdim. Üstəlik, hakimlərin də mənə qarşı qərəzli qərarları oldu. Lakin bütün bunlar geridə qaldı. Öz səhvlərimdən nəticə çıxarmağa çalışacağam”.

    Qeyd edək ki, Pərviz Nəsibov 6 yaşı olarkən ailəsi ilə birlikdə Ukraynaya köçüb.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Özəl xəbər

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved