Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "AFFA-ya yeni rəhbərlik gələndə, bu məsələni qaldıracağam" – Federasiya prezidenti
    27.02.2024 14:30:00

    Fevralın 23-də Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) VI hesabat-seçki konfransı keçirildi. Rüfət Əmirov 3-cü dəfə (1999, 2019, 2024) bu federasiyanın prezidenti seçildi.

    Prosport.Az istefada olan polkovnik, AFFA İcraiyyə Komitəsinin (1997-1999) üzvü, AFFA Hakim-İnspektorlar Komitəsinin sədri (2004-2008) olmuş Rüfət Əmirovdan müsahibə götürüb. 

    – AHFF-da işlər necə gedir? Region Liqası və həvəskarlar arasında çempionat bir-birinə mane olmur?
    – AHFF-nı biz 1999-cu ildə yaratmışıq. Düzdür, sonra 2017-ci ildə həvəskar statuslu AFFA Region Liqası yaradıldı. O vaxt AFFA-nın sabiq baş katibi Elxan Məmmədova bildirdim ki, bu düzgün deyil. Ya bizim federasiya ləğv edilməli, ya da bu yarışı biz keçirməliyik. Mən hesabat-seçki konfransında da bildirdim ki, AFFA-ya yeni rəhbərlik gələndə, bu məsələni qaldıracağam. O vaxt 40 komanda ilə yarış keçirirdik. İndi Region Liqası var deyə, 16 komanda ilə yarışımız baş tutur. Biz həm çempionat, həm də kubok yarışı keçiririk.

    – Yəqin ki, komandaların Region Liqasında iştirakda maraqlı olmasında qalibin UEFA Regionlar Kubokuna vəsiqə qazanması da rol oynayır...
    – Əvvəla, hansı komanda ki Region Liqasında final mərhələsinə çıxmırsa, sonra gəlib bizdə oynayır. Çünki bizdə çempionat gec başlayır. Bizdə 1-ci yer üçün 5 min, 2-ci yer üçün 3 min və 3-cü yer üçün 2 min manat veriləcək. AFFA-nın baş katibi Sərxan Hacıyevlə bu barədə danışmışıq. Bu da bizim çempionata komandaları cəlb edir. 2019-cu ildə bizdə çempion olan "Liman" komandasını Gürcüstana aparmışdıq. Baxmayaraq ki, buna bizə imkan verilmirdi.

    – Bizdə olan məlumata görə, Region Liqasını növbəti mövsümdən AHFF keçirəcək. Region Liqasının yerində isə III Liqa yaradılacaq. Bu nə dərəcədə doğrudur?
    – Onu mən deyə bilmərəm.

    – Komandalara bu barədə məlumat verilib...
    – Ola bilər. Əslində belə də olmalıdır. Federasiya varsa, o da həvəskar statuslu yarışı keçirməlidir.

    – Sizə mükafat fondu tək AFFA tərəfindən ayrılır, ya başqa qurum da var?
    – Biz Sahə Futbol Federasiyasına tabe olduğumuzdan, onun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov həmişə bizə kömək edir. Ancaq indi Şahmat Federasiyasının da prezidenti olduğundan, 2 yerdə işləmək onda alınmır. İndi bizə AFFA 10 min manatı ayırıb.

    – Yeni seçkidə siz prezident seçildiniz. Həmçinin, vitse-prezident və federasiyanın İcraiyyə Komitəsinə üzvlər seçildi. Bunlardan yeni seçilənlər kimlərdir?
    – Əlillər Futbol Federasiyasının prezidenti olmuş Şaiq Həmidov 2020-ci ildə rəhmətə getdiyindən, Gənclər və İdman Nazirliyinin Futbol şöbəsinin müdiri Fikrət Hüseynovun isə işi çox olduğundan, onlar 2 yeni üzvlə əvəzləndi. Onların yerinə admiral Rafiq Hüseynov və Fərhad Nağıyev seçildi. Rafiq Hüseynov ilk Hərbi Dəniz Qüvvələri Komandanı olub, özü də əvvəllər "Neftçi"nin uşaq komandasında oynayıb. Fərhad Nağıyev isə 2003-2018-ci illərdə AHFF vitse-prezidenti olub.

    – Siz AHFF-da 3-cü dəfə prezident vəzifəsini icra edəcəksiniz. 2003-cü ildə federasiya prezidenti postundan niyə ayrılmışdınız?
    – O vaxt AFFA prezidenti Fuad Musayevlə dövlət arasında problemlər yaranmışdı. Həmin vaxt gənclər, idman və turizm naziri olan Əbülfəs Qarayev məndən xahiş etdi ki, vəzifədən ayrılım. Sonra mən 2004-cü ildən 2008-ci ilədək Hakim-İnspektorlar Komitəsinin sədri oldum. 2003-2019-cu illərdə isə AHFF-da yox, başqa işlərdə çalışdım. 2008-2014-cü illərdə Sahə Futbol Federasiyasının da vitse-prezidenti olmuşam. 2019-cu ildə rəhmətlik Kamil Rəhimovun yerinə yenidən AHFF-da prezident seçildim.

    Region Liqasında oynayan komandalara forma, top, hər oyuna gedib-gəlmək üçün 300 manat verilir. Amma bizdə belə deyil. Mən biznesmen adam deyiləm ki, bu öhdəlikləri qarşılayım. Hər şey AFFA-nın yeni rəhbərliyindən asılı olacaq. Rəhbər heç nə etməsə, əlbəttə ki, heç nə də olmayacaq.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved