Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Sərbəst güləş millimiz AÇ-ni qızıl medalsız başa vurdu – YENİLƏNİB
    17.02.2024 23:49:17

    Azərbaycanın 3 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.

    Prosport.Az xəbər verir ki, Məhəmmədxan Məhəmmədov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata yiyələnib.

    Avropa çempionu M.Məhəmmədov finalda Gürcüstan təmsilçisi Qivi Matçaraşviliyə 1:7 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşlərdə isə Azərbaycanı təmsil edən dağıstanlı İslam Bazarqanov Ukraynanı təmsil edən azərbaycanlı Kamil Kərimova 10:8, Əli Rəhimzadə Fransa adından çıxış edən çeçen Həmzət Arsamerzuyevə 4:0 qalib gəlib.

    Bu gün mübarizəyə qoşulan güləşçilərdən 4-ü – Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə sabah bürünc medal uğrunda yarışmaq hüququna yiyələnib.

    Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.

    11:49

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

    Prosport.Az xəbər verir ki, bu gün daha 5 sərbəst güləşçi mübarizəyə qoşulacaq, 3-ü isə medal görüşünə çıxacaq.

    Nürəddin Novruzov və Arseni Cioyev təsnifatdan, Turan Bayramov, Osman Nurməhəmmədov və Georgi Meşvildişvili 1/8 finaldan yarışa başlayacaq.

    Ötən gün finala yüksələn Məhəmmədxan Məhəmmədov (97 kq) da qitə çempionu olmağa çalışacaq. Onun finaldakı rəqibi Qivi Matçaraşvili (Gürcüstan) olacaq. İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

    Güləşçilərin ilk rəqibləri:

    Nürəddin Novruzov (61 kq) – Vladimir Yeqorov (Şimali Makedoniya): təsnifat

    Turan Bayramov (74 kq) – Zəlimxan Hacıyev (Fransa): 1/8 final

    Arseni Cioyev (86 kq) – Metyu Faynsilver (İsrail): təsnifat

    Osman Nurməhəmmədov (92 kq) – Məhəmməd Qurbanov (AİN): 1/8 final

    Georgi Meşvildişvili (125 kq) – Lyova Qevorqyan (Ermənistan): 1/8 final

    Medal görüşləri:

    Məhəmmədxan Məhəmmədov (97 kq) – Qivi Matçaraşvili (Gürcüstan): final

    İslam Bazarqanov (57) – Kamil Kərimov (Ukrayna): 3-cü yer uğrunda

    Əli Rəhimzadə (65 kq) – təsəlliveridi görüşün qalibi: 3-cü yer uğrunda

    Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) 1-ci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) 2-ci, Beka Kandelaki (130 kq) 3-cü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olub, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Güləş

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved