"Qarabağ"ın 15 yaşaDək futbolçusu Əli Bəşirov Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirin ən yaxşı oyunçularından biri olub.
Prosport.Az-ın xəbərinə görə, 10 nömrəli pleymeyker turnirin təşkilatçıları tərəfindən ən yaxşı yarımmüdafiəçi seçilib.
Əli Bəşirov turnirdə 1 qol + 1 assistlə yadda qalıb
Xatırladaq ki, bu turnirin qalibi meydan sahibi Minsk "Dinamo"su olub. Vüqar Əsgərlinin baş məşqçisi olduğu "Qarabağ" isə 5-ci yeri tutub. Ağdam təmsilçisi "Dinamo" ilə bərabər əsas vaxtda uduzmayan 2 komandadan biri olub.
