Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Bu çəkidə ən güclü güləşçi ola bilərəm”" – Turan Bayramov
    8.02.2024 20:17:34

    “Dünya çempionatında 74 kq-da medal qazanmasam da, rəqiblərimi tanıdım və belə qənaətə gəldim ki, bu çəkidə ən güclü güləşçi ola bilərəm”.

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

    2021-ci ildə gözləmədiyin halda Tokio Olimpiadasında iştirak edən idmançı bunun özü üçün sürpriz olduğunu bildirib: “Yarışa 1 aydan az vaxt qalmışdı. Həmin çəkidəki idmançı zədələndiyi üçün Tokioya mən getməli oldum. Həyəcanlı idim. Hər idmançının arzusu Olimpiadada iştirak etməkdir. Sevinirəm ki, buna erkən nail oldum. Çoxları bir mərhələni belə, keçə bilməyəcəyimi düşünürdü. Özümə inanırdım. Hətta medal qazanacağıma da ümidim vardı. Psixoloji cəhətdən yarışa tam hazır idim. Püşk üzümə gülmədi. Çətin rəqiblərlə düşdüm. Digər qrupda yer alsaydım, medal qazana bilərdim. İstənilən halda, Olimpiadada iştirak mənim üçün böyük təcrübə və xoş xatirə oldu”.

    Azərbaycan güləşçilərini qarşıda iki vacib yarış gözləyir. İdmançılar fevralın 12-18-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında, aprelin 5-7-də isə Bakıda Avropa Olimpiya Təsnifat turnirində qüvvələrini sınayacaqlar. T.Bayramov qısa vaxtda iki çətin yarışda güləşməyin çətin olmayacağını söyləyib: “Çəkisalma ilə bağlı problemim yoxdur. Bir çox rəqibim qitə birinciliyində iştirak edəcək. Lisenziya turniri ərəfəsində onlarla güləşmək yaxşıdır. Nəyə qadir olduqlarını, güclü və zəif tərəflərini biləcəyəm. Bu yarışda iştirak lisenziya turnirində daha yaxşı güləşməyə imkan verəcək”.

    Əvvəllər 65 kiloqramda çıxış edən güləşçi çəkisini dəyişməsinin səbəbini də açıqlayıb: “Çəkimi mütləq şəkildə qaldırmalıydım. Əslində 70 kiloqramda bir-iki il çıxış etdikdən sonra Olimpiya çəkisinə keçməyi planlaşdırırdım. Həmin çəkidə dünya və Avropa çempionu ola bilərdim. Ancaq mən daha çətin yolu seçdim. Güclü rəqabətin olduğu 74 kiloqramda güləşməyə üstünlük verdim. Çünki xəyalım Olimpiya çempionu olmaqdır. Tokioda güləşməsəydim belə, çəkimi artırmaq məcburiyyətində idim. 65 kiloqramda qalsaydım, istənilən qədər gücüm olmayacaqdı. Bir çox idmançı çəkisini zorla saxlayır, bu da onun inkişafına mane olur. Əvvəllər fiziki cəhətdən çətinlik çəkirdim. Artıq məşqçilərimizin səyi nəticəsində bu çatışmazlığı aradan qaldırmışıq. 74 kq-da özümü çox yaxşı və hazırlıqlı hiss edirəm”.

    İdmançı karyerasının ilk illərində dinamik güləşdiyini vurğulayıb: “Hər görüşdə orta hesabla 6-7 xal alırdım. Sonrakı dövrdə qarşılaşmalarda 1-2 xalla kifayətlənirdim. Bəlkə də çətinlik çəkirdim. Baş məşqçi Xetaq Qazyumov və böyük məşqçi Cəbrayıl Həsənov mənə hücum üslubunu aşıladı. Təcrübəmin artmasının da bunda rolu var”.

    O, son vaxtlar daha çox işlətdiyi fəndlərdən də söz açıb: “Yeniyetmə yaşlarımdan qoldan atma və badalaq fəndini işlədirəm. Müdafiə üslubunda güləşəndə o qədər də istifadə etmirdim. Məşqçilərimiz gördü ki, bu fəndlər məndə yaxşı alınır. Bunun üzərində daha çox işləməyimi tələb etdilər. İndi yenidən yeniyetməlik dövründəki kimi dinamik güləşirəm”.

    T.Bayramov qarşıdakı Avropa çempionatına qızıl medal qazanmaq üçün yollanacağını əlavə edib: “Tam gücümü ortaya qoymalıyam ki, güclü və zəif tərəflərimi bilim. Bu yarışda daha öncə gümüş və bürünc medal qazanmışam. Bu dəfə çempionluq uğrunda güləşəcəyəm. Slovakiya, Rusiya və Belarus güləşçiləri əsas rəqiblərimdir. Onları təhlil etməliyəm. Lisenziya turniri öncəsi bu mənim üçün çox vacibdir. Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək. İnanıram ki, doğma azarkeşlərin dəstəyi ilə “Paris-2024”ə vəsiqə qazanacağam”.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Özəl xəbər

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved