"Qarabağ"ın 16 yaşadək komandasının mərkəz müdafiəçisi Rəvan Teymurovun ad günü qeyd olunub.
Prosport.Az-ın xəbərinə görə, baş məşqçi Rəşad Sadiqov "Sərhədçi" İdman Mərkəzinin stadionunda keçirilən məşqdən sonra yetirməsini təbrik edib.
Daha sonra tort kəsilib. Ertəsi gün komanda XVII turda AFFA U-16 Liqasının autsayderi olan İsgəndər Cavadov Futbol Akademiyasını 23:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, "Qarabağ"ın U-16 komandası hazırda AFFA-nın keçirdiyi U-16 Liqasında 28 xalla 5-ci sıradadır.
