Macarıstanın paytaxtı Budapeştdə savat idman növünün "assault" və "precombat" növü üzrə ilin ilk beynəlxalq turniri keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan Savat Federasiyasının yığma komandası millinin baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında 6 idmançı ilə təmsil olunub.
Böyüklərin yaş qrupunda "assault" növü üzrə Beyrək Bağırov (85 kq), gənclərin yaş qrupunda Məhəmməd Məmmədli (52 kq), yeniyetmələrin yaş qrupunda Ümid Zeynalov (52 kq) çempion olub.
"Precombat" növü üzrə isə gənclərin yaş qrupunda Məhəmməd Süleymanov (80 kq) gümüş medalla kifayətlənib. "Assault" növü üzrə yeniyetmələrin yaş qrupunda Yusif Süleymanov (52 kq) isə bürünc medal qazanıb.

