Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Məqsədimiz azı daha 3 vəsiqəyə sahib olmaqdır" – Millimizin baş məşqçisi
    19.01.2024 21:53:48

    “Azərbaycan boksunun 100 illik yubileyinə töhfə vermək istəyirik”.

    Prosport.Az xəbər verir ki, bunu boks üzrə millimizin baş məşqçisi Pedro Roke Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə açıqlamasında deyib.

    Kubalı mütəxəssis yığmanın hazırlıqlarını ABŞ-nin Kolorado ştatında davam etdirdiyini bildirib: “Bakıda fiziki məşqlərdən sonra burada texniki-taktiki hazırlıq üzərində işləyirik və toplanış çox yüksək səviyyədə keçir. Boksçularda da əhval-ruhiyyə əladır”.

    O, fevralın 1-dək davam edəcək olimpiya çəki dərəcələri üzrə təlim-məşq toplanışının yığma üçün çox faydalı olacağını düşünür: “Boksçularımızın durumu çox yüksək səviyyədədir və hər birindən razıyam. Bütün hazırlıqlar plan üzrə davam edir. Məqsəd Olimpiya Təsnifat Turnirlərinə kimi pik nöqtəyə çatmaq və yaxşı nəticələr əldə etməkdir. İstəyirik ki, daha bir neçə lisenziya qazanaq. Toplanışda ABŞ yığması ilə yanaşı, İngiltərə millisi də iştirak edir. Bir çox dünya çempionları, olimpiya mükafatçısı bizimlə hazırlıq keçir. Birgə toplanış inkişaf baxımından boksçularımızın xeyrinə olacaq. Bir sözlə, lisenziya turnirləri öncəsi çox gözəl imkandır. ABŞ və İngiltərə komandaları ilə 3-4 sınaq döyüşləri də planlaşdırırıq”.

    Pedro Roke olimpiya ilində uğur qazanacaqlarına inam ifadə edib: “Gözləntilərimiz müsbətdir. Hələlik 2 lisenziya qazanmışıq və məqsədimiz azı daha 3 vəsiqəyə sahib olmaq, Azərbaycan boksuna yüksək nəticələrlə töhfə verməkdir. Bu il də ölkəmizi layiqincə təmsil edəcəyimizə inanıram. Qarşıda bizi İtaliya və Tailandda 2 təsnifat turniri gözləyir. 7 lisenziyadan ən azı 5-nə sahib olmaq üçün boksçularımız öz şanslarını yoxlayacaq”.

    Baş məşqçi kimi yığmada bir neçə rekorda sahib olan kubalı vurğulayıb ki, hədəfi Azərbaycan boksunun 100 illik yubileyində Paris-2024 Yay Olimpiya Oyunlarından qızıl medalla qayıtmaqdır: “Bu il boks ailəmiz üçün əlamətdardır. Daim əzmlə çalışırıq ki, yubiley və olimpiya ilində Azərbaycan boksuna bir ilk yaşadaq, olimpiadada himnimizi səsləndirək və Bakıya qızıl medalla qayıdaq. Rio-2016-da buna çox yaxın olduq. Təəssüf ki, çempionluğun bir addımlığında dayandıq. Bu il isə buna çox inanıram. Çünki federasiya, ölkə və xalq bizə çox böyük ümid bəsləyir. Onların güvənini boşa çıxarmamağa və yubileyə xüsusi hədiyyə ilə gəlməyə çalışacağıq”.

    Pedro Roke artıq lisenziya qazanan Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) xüsusi proqramla hazırlıq keçməyə başladıqlarını deyib. O bildirib ki, olimpiyaçılar ABŞ toplanışında xüsusi diqqətdədir: “Onlar da bizimlə Koloradoda təlim-məşq toplanışındadır. Nəzarətim altında xüsusi proqramla işləməyə başlamışıq. Paris-2024 Yay Olimpiya Oyunlarının startına qədər hər şeyin yüksək səviyyədə olacağına inanırıq. Toplanışda hələlik əsas diqqətimiz lisenziya əldə etmədiyimiz digər 5 çəki dərəcəsində də vəsiqələrin qazanılması üçün ən yaxşı formanı yığmağa yönəlib”.

    Qeyd edək ki, lisenziya xarakterli I Dünya Təsnifat Turniri martın 4-11-də Busto Arsitsyoda (İtaliya), II Dünya Təsnifat Turniri mayın 26-dan iyunun 2-dək Tailandın paytaxtı Banqkokda baş tutacaq. Paris-2024 Yay Olimpiya oyunları isə 26 iyul – 11 avqustda keçiriləcək.

    MMA

    Vüqar Kərəmovun Yaponiyadakı döyüşünün vaxtı bilindi

    20.07.2026 13:27:16
    Karate

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Döyüş növləri

    Drikus du Plessi Kamaru Usmanı məğlub etdi

    19.07.2026 11:38:40
    Boks

    Millimiz Avropa çempionatına Almaniyada hazırlaşacaq

    15.07.2026 16:10:13
    Döyüş növləri

    Millimiz Frankfurtda 6 medal qazandı

    15.07.2026 13:14:39
    Taekvondo

    Parataekvondoçuları dünya reytinqinə başçılıq edirlər

    14.07.2026 15:47:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved