Azərbaycan güləşçisi Hacı Əliyevin ləqəbi bəlli olub.
Prosport.Az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb.
Qurum azarkeşlər arasında keçirdiyi sorğu ilə Hacının hansı ləqəbə layiq olduğunu müəyyənləşdirib. Bu idman növünün həvəskarları Əlyevi “Azərbaycan güləşinin tacı” hesab edib.
Qeyd edək ki, Hacı Əliyev üçqat dünya, dördqat Avropa çempionu, II Avropa Oyunlarının qalibidir. O, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatının sahibi olub.
