Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Ülvü Qənizadə də Xorvatiyada reytinq turnirinin qalibi oldu
    15.01.2024 08:33:08

    Xorvatiyada güləş üzrə reytinq turniri başa çatıb.

    Prosport.Az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə millinin 6 üzvü mübarizəyə qoşulub.

    60 kq

    Nihat Məmmədli təsnifat mərhələsində rusiyalı Ənvər Allahyarova məğlub olub – 5:7.

    72 kq

    Ülvü Qənizadə rumıniyalı Vasile Lunqu (8:0) və isveçrəli Mixail Portmanı (9:0) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda türkiyəli Muhammed Ali Göçmən (7:1) üzərində də inamlı qələbə qazanan Avropa çempionumuz reytinq turnirinin finalına yüksəlib. Ülvü həlledici görüşdə macarıstanlı Levente Levaya çətinlik çəkmədən (7:0) qalib gələrək turnirin baş mükafatına sahib çıxıb.

    97 kq

    Murad Əhmədiyev ilk mərhələdə xorvatiyalı Kristian Lukaça heç bir şans tanımayıb – 9:0. Balakən güləş məktəbinin yetirməsi 1/16 final mərhələsində misirli Məhəmməd Qabrı 3:1 hesabıyla mübarizədən kənarlaşdırıb. Bu mərhələdə millinin digər üzvü Murad Lokyayev eyni hesabla macarıstanlı Aleks Sökeyə uduzub. 1/8 finalda serbiyalı Mixail Kacaya xalçaya çıxmadığı üçün Əhmədiyev növbəti mərhələyə adlayıb. Əhmədiyev Çexiyanı təmsil edən Artur Ömərova da gücünü göstərərək (6:3) yarımfinala yüksəlib. Finalın bir addımlığında Belarus adından çıxış edən Əbubakar Xaslaxanova 1:4 hesabıyla məğlub olan Murad bürünc medal uğrunda isveçli Aleksander Styepanetiçlə güləşib. Əhmədiyev gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə uduzub – 2:3.

    130 kq

    Təsnifat mərhələsi milli üzvləri qarşılaşıb. 1:1 hesabıyla başa çatan görüşdə Beka Kandelaki sonuncu xal prinsipinə əsasən Sabah Şəriətini üstələyib. Təmsilçimiz 1/8 finalda almaniyalı Yelo Krahmerə qalib gəlib – 3:1. Kandelaki növbəti mərhələdə çinli Linqje Menqə minimal fərqlə məğlub olub – 1:2. Beka təsəlliverici görüşdə finlandiyalı Konsta Maenpaepaedən güclü olub – 8:1. Kandelaki bürünc medal uğrunda macarıstanlı Darius Viteklə mübarizə aparıb və 4:7 hesabıyla məğlub olub.

    Beləliklə, güləşçilərimiz ilin ilk reytinq turnirində 2 qızıl və 5 bürünc medal qazanıb.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved