Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Mikayıl Cabbarov və Elçin Quliyev Hacı Əliyevi mükafatlandırdı – FOTOLAR
    29.12.2023 15:38:38

    Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva bu il keçirilmiş dünya və Avropa çempionatında, hərbçilərin XXVI dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

    Prosport.Az xəbər verir ki, tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır.

    Qeyd edilib ki, 2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpası ilə yadda qalıb. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Ali Baş Komandan tərəfindən bayrağımızın ucaldıldığı məhz bu ildə güləşçilərimizin dünya və Avropa çempionatlarında qazandığı uğurlar, beynəlxalq arenalarda əldə olunan qələbələr xalqımız və Azərbaycanın idman ictimaiyyəti üçün ikiqat əlamətdardır.

    AGF 2023-cü ildə dünya və Avropa çempionatlarında ən çox medal qazanan idman federasiyası olub. Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu olub. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz böyüklər arasında dünya çempionatında 2, Avropa çempionatında isə 5 qızıl medal qazanıb.

    2024-cü il Olimpiada ili olduğu üçün böyük önəm kəsb edir. Olimpiya Oyunlarına mümkün qədər çox lisenziyanın qazanılması, 4-7 apreldə Avropa Olimpiya Təsnifat turnirinin, 20-26 mayda isə U-23 Avropa çempionatının Bakıda yüksək səviyyədə təşkil edilməsi və avqustda Fransada keçiriləcək Paris Yay Olimpiya Oyunlarında qələbələr qazanmaq qarşıda duran əsas hədəflərdir. AGF tərəfindən bütün zəruri tədbirlərin görüləcəyi bildirilib və qarşıdan gələn ildə güləşçilərə və məşqçilərə uğurlar arzulanıb.

    Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumov çıxış edərək qazanılan uğurlardan danışıb.

    2023-cü ildə Avropa çempionatlarında 22-si qızıl, 20-si gümüş, 30-u bürünc olmaqla 72 medal, dünya çempionatlarında isə 5-i qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 29 medal qazanılıb. Ümumilikdə Avropa və dünya çempionatlarında güləşçilərimiz 101 dəfə (27 qızıl, 31 gümüş, 43 bürünc) fəxri kürsüyə qalxıb.

    DSX-nin təşkilatçılığı ilə bu ilin 29 noyabr – 2 dekabr tarixlərində Bakıda keçirilmiş hərbçilərin dünya çempionatında 11 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edilib. Sərbəst güləş millimiz komanda hesabında 1-ci, yunan-Roma və qadın güləşi millilərimiz isə 2-ci yeri tutub.

    Ümumilikdə 2023-cü ildə güləşçilərimiz beynəlxalq yarışlarda 267 medal (76 qızıl, 75 gümüş, 116 bürünc) qazanıb.

    Tədbir çərçivəsində hərbçilərin 36-cı dünya çempionatında iştirak etmiş güləşçilər, məşqçilər, hakimlər və digər şəxslər təltif edilib. Bunların içərisində hərbçilər arasında dünya çempionu olmuş Hacı Əliyev də olub.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved