Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Adımı güləş tariximizə yazdım, nazirlik tərəfindən diqqət görmədim" – Hacı Əliyev
    28.12.2023 17:32:43

    Bəzi idmançılar Gənclər və İdman Nazirliyinin onlara qarşı etdiyi addımlardan narazıdır.

    Prosport.Az xəbər verir ki, Hacı Əliyevin bu barədə öz sosial şəbəkə ünvanlarında Nazirliyi tənqid edən açıqlaması rezonans doğurub. İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionunun səbir kasasını daşıran amil onun nazirlik tərəfindən 21 dekabrda Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" – MOİK matçının keçirildiyi Xankəndi şəhərinə aparılmaması olub:

    “Bu il ilk dəfə dördqat Avropa çempionu olaraq adımı güləş tariximizə yazdım və Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının qalibi oldum. Amma buna baxmayaraq, Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim, heç ilin ən yaxşı 10 idmançısı siyahısına belə düşmədim. Cənab Prezidentimiz İlham Əliyev tarixi qələbə qazandığımız gözəl Qarabağımıza idmançıları dəvət edib, orada onlarla görüşdü, idmanı və idmançıları nə qədər sevdiyini bir daha sübut etdi. Amma çox heyif ki, bu görüşə mənim adımı Gənclər və İdman Nazirliyi salmadı, məni cənab Prezidentlə görüşə buraxmadılar. Mən inanıram ki, cənab Prezident məni orada görməyə çox sevinərdi, amma buna şərait yaradılmadı. Bu qədər nəticə qazanmışam, bu qədər qələbələr qazanmışam, amma məni bu tarixi görüşdən məhrum etdilər. Bu haqsızlığa görə inanıram ki, bir tədbir görüləcək. Biz cənab Prezidentimizə güvənirik. Çünki cənab Prezident hər zaman bizim yanımızdadır. Bizlər də hər zaman onun yanındayıq. İnşallah, hədəfim olimpiya çempionu olmaq, ölkəmizə yeni bir qızıl medal gətirməkdir”.

    Qeyd edək ki, Hacı Əliyev Xankəndiyə nazirliyin xətti ilə yollanmayıb. Bu qurumdan narazı qalan digər idmançılar da var. Tezliklə, onların da sosial şəbəkə ünvanlarındakı etirazlarını işıqlandıracağıq.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Güləş

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved