Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Onlara dedim ki, 2-ci hissədə tabloya baxmayın" – "Sumqayıt"ın baş məşqçisi
    22.12.2023 16:51:29

    Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.

    Prosport.Az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt" “Gəncə” ilə qarşılaşıb.

    Görüş meydan sahiblərinin 95:88 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Sumqayıt”da Smit Roderik (18 xal, 11 ribaund), “Gəncə”də isə Culs Mur (22 xal, 4 ribaund) olub.

    Teymur Hüseynov ("Sumqayıt"ın baş məşqçisi): "Komandamı qələbə münasibətilə təbrik edirəm. Bizim üçün çətin oyun oldu. Hərçənd ilk hissədə çox yaxşı oynadıq. Fasilədə oyunçularıma dedim ki, 2-ci hissədə tabloya baxmayın, meydana çıxırsınızsa, elə bil 0-dan başlayırsınız. Amma yenə də eniş başladı. Yenə də yaradıcılıq və təşkilatçılıqla bağlı problemlər yaşandı. Oyunçularım fərdi oynamağa başladı. Xüsusən də amerikalılar "yorğanı öz üzərinə çəkdi". Yerlilərin çıxışını isə çox bəyəndim. Nəzər Quliyev ümumiyyətlə möhtəşəm oynadı. İsmayıl Əliyevə də "əhsən" düşür. Hətta onlar 40 dəqiqə meydanda oldu. Ona görə əvəzləmədim ki, vacib oyunda çox yaxşı çıxış etdilər. Sadəcə, rəqib çox sayda 3 xallıq atdı. Xal fərqini əridib hətta hesabda önə keçdilər. Amma yenə də toparlanaraq qələbə qazandıq. Diksonun 11 "3-lük" cəhdindən 4-də hədəfi dəqiq nişan almasını isə problemə çevirmək lazım deyil. Onun ayağında zədə var idi. Lenard bizim əsas snayperimizdir. Qarşıda bizi II dövrə gözləyir.  Pley-offa yüksəlmək üçün daha çox qələbə qazanmaq lazımdır. Bizim əsas problemimiz oyuna yaxşı başlayıb sonra sürəti azaltmağımızdır. Bax, bunun üzərində işləməliyik".

    Bedri Meriç ("Gəncə"nin baş məşqçisi): “Pley-off yolunda bizimlə birgə mübarizə aparan rəqiblə görüşdə qələbə yaxşı nəticə olacaqdı. Bundan əvvəlki 2 turda qalib gəlməklə irəliləyişə nail olmuşduq. 3-cü addımı da ata bilsəydik, daha yaxşı ola bilərdi. Geridönüş etməyə nail olduq. Fərqi aradan qaldırdıq. Amma təəssüf ki, oyunun sonunda uğurlu ola bilmədik. “Sərhədçi” ilə matçda da eyni şeylər baş vermişdi. Bu gün də hakimlərlə bağlı təkrar hadisələr oldu. Hakimlərin oyunun nəticəsinə bu qədər müdaxilə etməsini doğru görmürəm. Ədalət təmsilçiləri xəta edə bilər. Buna çox adətkaram. Türkiyədə, Avropada bu cür olayları yaşadıq. Eyni epizodda hər komanda üçün fərqli qərarlar verilir. Hakimlərin də bilik və bacarıqlarının artırılmasına ehtiyac var. Çünki biz komanda olaraq əmək sərf edirik, zəhmət çəkirik. Belə səhvlər olduqda nəticə də fərqli olur. “Sərhədçi” ilə oyunda da bir oyunçumuzun meydandan qovulmasına görə görüşü uduzduq. Eyni şeylər indi də təkrarlandı. Bunu başa düşə bilmirəm. Ümid edirəm ki, hakimlər də öz səhvlərindən nəticə çıxarar. II dövrəyə daha yaxşı şəkildə hazırlaşmalıyıq".

    Qeyd edək ki, hazırda hər iki komandanın hesabında 12 xal var.

    Top oyunları

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Top oyunları

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Top oyunları

    Tovuz klubunun Çempionlar Liqasındakı matçlarının hakimləri bilindi

    16.09.2026 14:46:43
    Voleybol

    "Turan" Çempionlar Liqasına İtaliyada hazırlaşır

    16.09.2026 11:16:01
    Özəl xəbər

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Top oyunları

    Avropa çempionatı: Bütün oyunlarda məğlubiyyət

    14.09.2026 15:44:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved