Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurası 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında rusiyalı və belaruslu idmançıların iştirak edə biləcəyini təsdiqləyib.
Prosport.Az-ın xəbərinə görə, Rusiya və Belarusdan olan idmançılar Fərdi Neytral Atletlər (AIN) statusunda lisenziya yarışlarında iştirak edə biləcəklər.
Bu isə o deməkdir ki, rusiyalı və belaruslu idmançılar 5-7 aprel tarixlərində Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə buraxılacaq. Onlar Bakıda Olimpiadaya lisenziya qazanmağa çalışacaqlar.

