Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "6:1-də günahkar "Sumqayıt"ın özüdür" – Qurban Qurbanov
    8.12.2023 22:14:30

    "Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qələbə əldə edildi. Bizi məcbur edən "Sumqayıt" oldu. İlk dəqiqələrdən yaxşı pressinq etdilər. İstər-istəməz oyunun tempi daha yuxarı oldu. "Sumqayıt"a təşəkkür edirəm. Çox istəyərdik ki, 90 dəqiqədəki oyundan çıxmayaq. Amma məqamlar oldu ki, bəzən öz oyunumuzdan aralandıq. Tam qoruyub-saxlaya bilmədik. Əlbəttə ki, bunu bizə bəzən rəqib məcbur edir. Ancaq hər halda, oyun intizamını qoruyub-saxlamağa çalışmalıyıq. "Sumqayıt"ın son vaxtlar yaxşı oyunu və nəticələri var idi. Bu gün problemləri həddən artıq çox idi. Bir neçə zədəli futbolçusu var idi. Zədəlilər də meydana çıxmışdı. İstər-istəməz çətinlikləri var idi. Amma azarkeşlər üçün baxımlı oyun alındı. Həm "Sumqayıt", həm də öz azarkeşlərimizə təşəkkür edirəm. Rəqib komandaya uğurlar arzu edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XVl turunun "Sumqayıt"la oyundan sonra deyib. O, jurnalistlərin suallarını da cavablandırıb:

    – "Qarabağ" "Sumqayıt"la matça sanki xüsusi motivasiyada çıxır. İlk dövrədə 5:0, bu gün 6:1. Bunun xüsusi əhəmiyyəti var, yoxsa oyunun axarı sonda bu hesabı ortaya çıxarır?
    – Biz hər oyuna belə motivasiya ilə çıxırıq. Sadəcə bəzən istədiyimiz kimi alınır, bəzən alınmır. Ancaq xüsusi nəsə fikir bildirə bilmərəm. "Sumqayıt"la oyuna bu cür motivasiya ilə çıxmağımızı onlar özü məcbur edir. Öz oyunu və yaxşı mənada davranışı ilə. Onlar dinamik futbol oynayır, biz də qarşılığını verməyə çalışırıq. Günahkar "Sumqayıt"ın özüdür (gülür). Amma bu, yaxşı haldır. Bu cür nəticə verən komandaya qarşı çox diqqətli olmalıyıq. İnanın ki, bütün komandalara qarşı bu cür ciddi hazırlaşırıq. Sadəcə, bəzi rəqiblər bu tempi saxlamağa şərait yaratmır. "Sumqayıt" bu il göstərdiyi futboldan əl çəkmədi. Hesab 3:0, 4:1 olanda da, "Sumqayıt" öz oyunundan əl çəkmədi. Bu ancaq sevindirici haldır.

    – "Qarabağ" meydanda çox rahat görünürdü. UEFA Avropa Liqasının "Hekken"lə görüşü öncəsi hansısa eksperiment aparmaq haqda düşündünüz? Belə niyyət var idi?
    – Çox rahat olduğunu deməzdim. Hesab 3:0 olanda belə, komandada gərginlik var idi. Səhvlər gərginlikdən irəli gəlir, rahatlıqdan yox. Futbolçular bəzi epizodlarda həyəcanlı olurdu. Bunu rəqib məcbur edirdi. Amma bu oyunla "Hekken"lə matçın heç bir əlaqəsi yoxdur. Çünki çempionat başqa turnirdir, Avropa Liqası başqa. 5 gün vaxtımız olacaq ki, "Hekken"i futbolçularımıza daha yaxından tanıdaq və proqram üzrə oyuna hazırlaşaq.

    – Marko Veşoviçin durumu nə yerdədir?
    – Ümidvaram ki, ciddi zədə olmaz. Sadəcə əzələsində gərginlik hiss etdi. Ona görə belə addım atdı, dərhal həkimlərə bildirdi. Nəsə hiss edibsə, ola bilər ki, hansısa problem olsun. Ancaq nə dərəcədə ciddi olduğunu deyə bilmərəm. Ümidvaram ki, ciddi bir şey olmaz. Sabah tam bilinəcək.

    – Yerli bazarı analiz edirsiniz və Azərbaycan Premyer Liqasından gözaltı etdiyiniz oyunçu var? Elə bu qış...
    – Var. Yerli futbolçularla çox ciddi maraqlanırıq. Onların oyunlarını ilboyu izləyirik. Hansı futbolçunun potensialı nə qədərdir, potensialını nə qədər üzə çıxara bilib, bunun üzərində işləyirik. Bəzi futbolçular var, maraqlanmışıq. Amma onların öz klubları var. Az da olsa, danışıq etdiyimiz oyunçular olub. Amma klubları razılıq verməyib. Ona görə hazırda alınmayıb. Lakin çox istəyərdik ki, qışda və ya yayda 1-2 yerli futbolçu transfer edək.

    – Həmin kluba transfer məbləği ödəməyə hazır olmusunuz?
    – O həddə gəlib çıxmayıb. Bütün klubları, bir-birimizi hamı tanıyırıq. Bəzən hansısa futbolçunu istəyəndə, klub rəhbərliyindən bildirirlər ki, özümüzə də lazımdır. Ona görə biz də çox üzərilərinə gedə bilmirik. Bizdən də yerli futbolçu istəyənlər olub, biz də bildirmişik ki, özümüzə lazımdır. Yəqin, danışıqlar yavaş-yavaş o səviyyəyə gəlib çıxacaq ki, maddiyyat burada böyük rol oynayacaq. Çox istəyərəm ki, öz bazarımızda bu, dəb halına düşsün. Futbolçunu icarəyə götürəndə də, ödəniş olsun. Klub bu cür inkişaf edir. Çox da arxayınçılıq olmasın. Transfer edəndə də, hansısa məbləğ ödənilməlidir ki, həm rəhbərlər, həm futbolçular bunu bilsin. Ki, gələcək transferlər əldə etmək bunun üzərindədir.

    – "Qəbələ"nin futbolçusu Emil Səfərovun xidmətində maraqlısınız?
    – İsrarlı olduğumu deməzdim. Amma maraqlandığım futbolçulardan biridir. Lakin ciddi əldə etmək üçün heç bir danışıq olmayıb. Sadəcə, ola bilər ki, bütün yerli, perspektivli futbolçulara baxırıq. Təcrübəlilərə də həmçinin. Ola bilər hardasa danışmışam, demişəm ki, bu da maraqlıdır, digəri də. Lakin deyim ki, mütləq götürmək istəyirik, belə fikrimiz olmayıb.

    Futbol

    "Kəpəz" növbəti transferini reallaşdırdı

    30.07.2026 12:12:56
    Futbol

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23
    Futbol

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59
    Futbol

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44
    Futbol

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan klubu legioneri ilə müqaviləni yenilədi

    30.07.2026 12:44:25

    "Kəpəz" növbəti transferini reallaşdırdı

    30.07.2026 12:12:56

    "Bəlkə də "Neftçi"nin futbolçuları dünya çempionatını qəlyan çəkə-çəkə izləyib" – Veteran qapıçı

    30.07.2026 11:42:48

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23

    Dünya çempionatı: Daha 5 qadın güləşçimiz xalça üzərinə çıxır

    30.07.2026 10:56:07

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48

    Yunan-Roma yığmamız dünya 2-cisi oldu

    29.07.2026 22:43:24

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved