Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
Prosport.Az xəbər verir ki, açılış oyunu Sumqayıtda keçiriləcək.
Şəhərin eyniadlı komandası doğma arenasında son çempion “Qarabağ”la üz-üzə gələcək. Bu, həm də turun mərkəzi qarşılaşmasıdır. Çünki hazırda Ağdam təmsilçisi 32 xalla turnir cədvəlinə başçılıq edir, üçüncü pillədəki “kimyaçılar”ın hesabında isə 23 xal var.
Turun digər matçları sabah və dekabrın 10-da baş tutacaq.
Premyer Liqa
XVI tur
8 dekabr
19:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

