"Yuventus" və Fransa millisinin yarımmüdafiəçi Pol Poqba 4 il müddətinə diskvalifikasiya oluna bilər.
Prosport.Az xəbər verir ki, antidopinq prokurorluğu bununla bağlı israr edir.
Avqustun 20-də yarımmüdafiəçi testosteron üçün müsbət dopinq testindən keçib və təkrar test bunu təsdiqləyib. Fransalı futbolçu müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, Pol Poqbanın "Yuventus"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.

