“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveç “Hekken”i yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, sözügedən komanda Finlandiya təmsilçisi HYK ilə üz-üzə gəlib.
Qarşılaşma İsveç klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Qarabağ” H qrupunda sonuncu matçını məhz “Hekken”ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

