"Neftçi"nin futbolçusu Ataa Caber zədələnib.
Prosport.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin topuğu burxulub.
Caber bu səbəbdən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XVI turunda "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşma dekabrın 10-da, saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.

