Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun əməliyyat olunan voleybolçusu Tural Həsənli xəstəxanadan evə buraxılıb.
Prosport.Az xəbər verir ki, özünü yaxşı hiss edən 33 yaşlı oyunçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.
Qeyd edək ki, dekabrın 1-də səhhətində ciddi problem yaranan Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunmuşdu.

