Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” Türkiyə kubokunda növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, sözügedən komanda kubokun IV mərhələsində “Çankaya”nı qəbul edib və 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Coşqun Diniyev matçın 71-ci dəqiqəsində meydana çıxıb.

