Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül" (Laçın) – “Neftçi” oyunu təxirə salınıb.
Prosport.Az xəbər verir ki, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.
“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdullah Əzmun, Məhəmməd Novruzi, Məhəmməd Əbülhəsəni, Möhsün Vazehi) yüksək hərarətin (diaqnoz – Kəskin Respirator Xəstəlik) müşahidə edildiyi bildirilib.
Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ ki bəlli deyil.

