“Çelsi”nin keçmiş çalışdırıcısı Frenk Lempard “Şarlotta”nın baş məşqçisi postuna namizədlərdən biridir.
Prosport.Az xəbər verir ki, “Şarlotta” ingilis mütəxəssis və “Aston Villa”nın keçmiş baş məşqçisi Din Smitlə danışıqlar aparıb. MLS klubu yaxın iki həftə ərzində yekun qərarı verməyi planlaşdırır.
Lempard 2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”nin müvəqqəti baş məşqçisi olub. 45 yaşlı məşqçi “Derbi Kaunti” və “Everton”da da çalışıb.

