Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.
Prosport.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Mərdəkanda autsayder Farer adalarını qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 68-ci dəqiqədə Nigar Mirzəliyeva fərqlənib. Bununla da komandamız C Liqasının 3-cü qrupunu 16 xalla 1-ci pillədə başa vurub. Cəmi 2 top buraxan komandamız yalnız Kiprlə görüşdə qələbə qazana bilməyib (1:1). Millimiz digər görüşlərdə 3 xal qazanıb.
Xatırladaq ki, millimiz ötən tur liderliyi təmin edərək B Liqasına yüksəlmişdi.

