Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mənə "Sumqayıt" maraqlı deyil" – Anatoli Nuriyev
    5.12.2023 15:16:36

    "Sabah"ın futbolçusu Anatoli Nuriyev Azərbaycan Premyer Liqasının XV turunun "Kəpəz"lə oyunundan sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın Tovuza ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir:

    – 6-cı dəqiqədə fərqləndiniz və 2:0 qalib gəldiniz. Matç haqqında fikirləriniz necədir?
    – Çətin oyun alındı. Yaxşı ki, erkən qollar vurduq. Bu, işimizə çox yaradı. Ardıcıl 2 qol vurduqdan sonra qalan dəqiqələrdə oyun bizim üçün yaxşı keçdi. “Kəpəz” pis komanda deyil. Hazırda turnir cədvəlində aşağı pillədə qərarlaşsalar da, heç də pis futbol sərgiləmirlər. Odur ki, nəticədən məmnunuq.

    – Demək olar ki, “Sabah” artıq özünə gəlir?
    – Ümid edirəm ki, bu qələbənin bizə çox faydası olacaq. Daha da inkişaf etməli, turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Yüksək yerlər uğrunda mübarizə aparırıq. Ona görə də üst pillələrə can atırıq.

    – Son 3 turda nə etmək lazımdır ki, qış tətilinə müsbət notlarda yollanasınız?
    – Hər 3 görüşdə qələbə qazanmalıyıq. Düzdür, bu, heç də asan olmayacaq. Çünki çempionatda hazırda heç bir oyun asan keçmir. Amma yenə də əlimizdən gələni edəcəyik ki, xal itkisinə yol verməyək. Həmçinin, “Kəpəz”lə bizi kubok oyununu da nəzərə alsaq, bizim qış fasiləsinə kimi 4 oyunumuz var.  

    – Son vaxtlar millidə və klubunda daha az oynamaq imkanı əldə edirsiniz. Öz çıxışınızı necə dəyərləndirirsiniz?
    – Bu, baş məşqçinin qərarıdır. Mən də bu qərara hörmətlə yanaşmalıyam. Son zamanlar əsas heyətdə daim yer almasam da, məşqlərimi edirəm, tam gücümlə çalışıram. “Kəpəz”lə görüşdə şans qazandım və qol vurdum. Fasilədən sonra necə olacaq, bilmirəm.

    – İlk “11-lik”də daim yer almasanız, klubunuzu dəyişmək barədə düşünmürsünüz?
    – Mənim klubla hələ ilyarımlıq müqaviləm var. Ona görə də klubumu dəyişmək barədə, yaxud icarəyə verilmək haqda düşünmürəm. Dediyim kimi, mən üzərimə düşəni edirəm, əlimdən gələni edirəm ki, meydanda daha çox vaxt keçirim.

    – Son vaxtlar adınız ötən il icarə əsasında oynadığınız sabiq komandanız "Sumqayıt"la da hallanır. Ora yenidən icarəyə getmək məsələsi var?
    – Mənə maraqlı deyil.

    Futbol

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07
    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved