Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bu, komanda üçün qələbə qolu olmadığı üçün təəssüflənirəm" – Elvin Bədəlov
    5.12.2023 14:49:44

    "Sumqayıt" Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, "kimyaçılar"ın ilk qolunun müəllifi olan Elvin Bədəlov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

    – Tovuzda oynamaq hamı üçün çətindir. Bizə də çətin oldu. Yaxşı ki, tez qol vurduq. 2:0 öndə olanda təzyiq hiss edirdik. 2-ci hissəyə pis başladıq. Təzyiqə bir az dözə bilmədik. Rəqib 15 dəqiqədə 2 qol vurdu. Sonra biz bir az sakitləşdik və oyunumuzu oynamağa başladıq. Qol fürsətlərimiz də oldu. Ədalətli heç-heçə deyə bilərəm. Çətin səfərdə 1 xal da dəyərlidir.

    – Mövsümdə ilk qolunuzu vurdunuz. Təəssüratlarınız necədir?
    – Düzdür, mərkəz müdafiəçisiyəm, işim qol vurmaq deyil. İlk qolumu vurduğum üçün sevinirəm. Amma nəticə daha önəmlidir. Qələbə qazansaydıq, daha yaxşı olardı. Komanda üçün qələbə qolu olmadı deyə bir az təəssüflənirəm. Eybi yoxdur. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq.

    – Karyeranızda bu, vurduğunuz 3-cü qol idi deyəsən...
    –
    Bəli, təxminən belə bir statistika var. 1 qolu "Neftçi"də olanda vurmuşam. Düzdür, qol sayı çox deyil. Amma əsas işim müdafiə olduğundan, buna o qədər də fikir vermirəm.

    – Belə erkən qol vuracağınızı gözləyirdiniz?
    – Bəli, gözləyirdik. Biz həmişə ilk dəqiqələrdə aktivik. "Zirə" ilə matçda da startda fürsətlərimiz oldu. Tovuza qəbələ üçün gəlmişdik. Ona görə də erkən qol vurmağımızda təəccüblü bir şey yoxdur, normal haldır.

    – Fasilədən sonra 2 qol buraxdınız. Bunun səbəbi rəqibin təzyiqi idi, yoxsa "Sumqayıt" oyuna yaxşı köklənə bilməmişdi?
    – Deyərdim ki, bizim konsentrasiyamız bir az itdi. "Turan Tovuz" ilk hissə ilə eyni oyunu oynayırdı. Ucaboy hücumçuları var, onlara uzun ötürmələr verirdilər. Bunu gözləyirdik. Amma təəssüf ki, qarşısını ala bilmədik.

    – Qış fasiləsinə 3 tur qalıb. 3-cü yerdəki mövqeyinizi qorumaq üçün nəyə ümid edirsiniz?
    – Oyundan-oyuna irəliyə doğru gedirik. Ümidliyik. Düzdür, çətin qrafikdəyik, kubok oyunları da var. Çalışacağıq ki, maksimum xal toplayaq. Necə olacağını görəcəyik.

    Futbol

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07
    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved