“Real” “Mançester Siti”nin hücumçusu Erlinq Holanla maraqlanır.
Prosport.Az xəbər verir ki, “kral klubu”nun 2024-cü il üçün əsas transfer hədəfi PSJ-nin hücumçusu Kilian Mbappedir. Amma klub rəhbərliyi Holanı da yaxından izləyir.
Norveçli forvard ötən yaydan “şəhərlilər”də oynayır. Erlinq Holan bu mövsüm İngiltərə Premyer Liqasında 14 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

