Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ola bilər ki, komandaya mərkəz müdafiəçisi gətirək" – Qurban Qurbanov
    4.12.2023 22:16:36

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XV turunda öz meydanında "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Futbolçular çox əziyyət çəkdi. Hesab bizi aldada bilər. Amma oyun tam da düşündüyümüz, istədiyimiz kimi alınmadı. Maraqlı oyun keçdi. Azarkeşlər üçün baxımlı matç oldu. "Qəbələ" son oyunda da çox yaxşı performans göstərmişdi, bu gün də bunun şahidi olduq. İlk dəqiqələrdən görünürdü ki, uduzmaq istəmirlər.

    – Yeni gələndə Juninyu tənqid olunurdu. Amma artıq qollarını vurur və vacib fiqura çevrilib. Demək olar ki, indiki Juninyu “Şaviş”də görüb bəyəndiyinizdir, yoxsa ondan daha artığını gözləyirsiniz?
    – Burada daha yaxşıdır. 2 il öncə də onunla maraqlanmışdıq. Sadəcə alınmamışdı. Amma o vaxtlarda oyununu izləyirdik. Əlimizə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar onun perfomansı pis deyil. Amma tam razı deyiləm. Həm mən, həm özü də daha yaxşı Juninyu görmək istəyir. Öz üzərində işləməlidir və daha da yaxşılaşdırılası çox elementlər var. Amma ümumən kollektivə uyğunlaşır, mental olaraq da belədir. Ölkəyə də uyğunlaşır. Nəticə baxımından razı ola bilərəm. Amma tam istədiyim Juninyu deyil.

    – Patrik Andrade əvvəlki performansına yaxınalşır?
    – Ola bilər. Hər şey yaxşılığa doğru gedir. Tam uyğunlaşmağa başlayıb. İdman formasını bərpa edir. Oynadıqca daha yaxşı olacaq. Bacarıq, təcrübə onda var. Qarşıdakı matçlarda çox istərdim ki, daha yaxşı Patrik görüm.

    – Rəqiblərlə xal fərqini artırdınız. Futbolçularda rahatlaşma yarana bilər?
    – Ola bilər. Sırf nəticəyə görə yox, istər-istəməz gərgin, sıx qrafikdir. O bir az futbolçuları arxayınlaşdıra bilər. Sıx qrafiki nəzərə alaraq, məşqçilər olaraq daha diqqətli olmalıyıq ki, arxayınlıq baş verməsin. Qarşıda heç də asan oyunlarımız yoxdur. Çox vacib qrafikə giririk. Ola bilər lki, hansısa futbolçuda bu görünməsin. Futbolçudur da, rahatlığı həmişə axtarır. Bu gün oyunun gedişatında arxayınlığı gördüm. İnsan uğur əldə etdikdə, arxayınlaşma olur. Rəqiblər bunu bağışlamır. Amma oyunun gedişində özlərini ələ ala bildilər. Məni ən çox narahat edən məqam bu və zədələrdir. Kevin Medinanın zədəsi gərgin matçlarda daim oynaması ilə bağlıdır. Süni örtükdəki o epizod bəlkə normal ot meydançasında olsaydı, epizodu daha rahat qəbul edərdi. Düzdür, qeyri-adi hərəkət oldu. Amma ot örtüyündə topu daha rahat qəbul edərdi. Bəzən elə şeylər var ki, bizdən asılı olmur.

    – Yeni mərkıəz müdafiəçisi transfer etmək gündəmə gəlib?
    – Sırf Medinaya görə yox, ümumən hər mövqedə dəyişiklik etmək istəyirik. Ola bilər ki, belə addım ataq, komandaya mərkəz müdafiəçisi gətirək. 5-6 mərkəz müdafiəçimiz olsa da, bəzən 2 mərkəz müdafiəçisi ilə qalırıq. Ona görə belə fikrimiz var. O demək deyil ki, indikilərə güvənmirəm. İş prinsiplərimiz bunu tələb edir ki, mövqelərdə sağlam oyunçular olsun.

    – Adama Diakabi və Redon Cicanın ayrılığı gözlənilə bilər?
    – Hələ ki heç bir futbolçunun gedişi gözlənilmir.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved