“İnter”in və Niderland millisinin sabiq yarımmüdafiəçisi Vesli Sneyder Lionel Messinin 2010-cu ildə “qızıl top”u layiqincə qazanmadığını deyib.
Prosport.Az xəbər verir ki, Sneyder həmin ildə Messinin “qızıl top”u qazanmasının ədalətsizlik olduğunu bildirib:
“2010-cu ildə “qızıl top”a layiq görülməməyim və Messinin onu qazanması bir az ədalətsizlikdir. Baxmayaraq ki, mən buna ağlayanlardan deyiləm. “Qızıl top” fərdi mükafatdır, amma mən komanda ilə kuboklar qazanmağa üstünlük verirəm”.
Qeyd edək ki, Vesli Sneyder 2010-cu ildə “qızıl top” mükafatı üçün səsvermədə 2-ci olub.

