“Qəbələ” Premyer Liqanın 15-ci turunun oyununda “Qarabağ”ın qonağı olacaq. Prosport.Az xəbər verir ki, səfər qarşılaşmasının hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb. Fares Abu Akel bərpa prosesi keçir. Emil Səfərov isə artıq komanda ilə birgə məşq edir. Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Qəbələ” görüşü saat 19:30-da başlayacaq.
"Qəbələ"nin zədəli futbolçusu komandaya qoşuldu

