Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Eddi İsrafilov komandaya zərər vura bilər" – Adrian Mutu
    3.12.2023 23:04:40

    "Neftçi" Azərbaycan Premyer Liqasının XV turunda doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Çətin oyun oldu. "Zirə" yaxşı təşkilatlanmış komandadır. İlk yarıda bərabərsəviyyəli oyun gedirdi. 2-ci hissədə daha yaxşı idik. Futbolçularımı meydandadakı davranışına və yanaşmasına görə təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər. Məni daha da sevindirən amil odur ki, meydana sonradan daxil olanlar özlərini yaxşı tərəfdən göstərdi. Hər biri komandaya xeyir verdi. Sonda bu cür çətin oyunda qalib gəldik.

    – Özünüz də hücumçu olmusunuz. Komandanın bombardiri müdafiəçidir – Yuri Matias. Hücumçular isə qol vura bilmir. Lukas Melano, Andre Şinyaşiki və Aaron Olanare "Neftçi"ni irəliyə aparacaq hücumçulardır?
    – Səmimi desəm, onların meydandakı davranışları məni qane edir. Əlbəttə, qol vurmamaqları məni narazı salır. Hər məşqçi istəyər ki, hücumçuları qollar vursun. Çünki onlar qollar vurmağa başlasalar, dərhal komandaya yaxşı təsir edər. İstəmirəm ki, hər oyundan sonra təkrarlayım. Amma hazırkı vəziyyət belədir.

    – Mark Tamaş və Kenni Sayef əsas heyət üzvləri idi. Onlar niyə oynamır?
    – İndiyə qədər bütün oyunçulara şans vermişəm. Sözsüz ki, ilk "11-liy"i seçəndə çalışıram ki, ən yaxşılarını bura daxil edim. Mark və Sayef yaxşı məşq edirlər, komandanın bir hissəsidirlər. Məşqçi olaraq bu oyun üçün seçimim belə oldu. Rəhman Hacıyev tək qola görə yox, oyuna görə də məni sevindirdi. Biz bir komandayıq, fərq etmir kim 30 dəqiqə, kim az oynayır. Hamı komandaya xeyir verməyə çalışmalıdır. Hər oyunçu dərk etməlidir ki, biz bir komandayıq. Bura "Neftçi"dir, heç kim özünə görə oynamır. Öz oyunçularıma həmişə deyirəm ki, onlar komanda şəklində oynasalar, hər matçda qələbə qazanarlar. Bu gün də komanda şəklində çıxış etdik.

    – Qışda komandadan gedəcək oyunçuları müəyyənləşdirmisiniz?
    – Bu suala ötən həftə oyundan sonra mətbuat konfransında cavab vermişəm. Analiz olunur, hələ qış fasiləsinə 20 gündən çox vaxt var.

    – Oyunboyu azarkeşlərin etirazı var idi. Sizcə, ədalətli idi və sizə müsbət və ya mənfi təsiri oldu?
    – Azarkeşlər orada necə istəyirlər, davrana bilərlər. Hər birimiz bilirik ki, biz daha çoxunu verə bilərik. Ona görə onlar narazılıqda haqlıdır.

    – Rza Cəfərova şans verirsiniz. İvan Brkiç sağaldıqdan sonra da gənc qolkiper oynayacaq?
    – Futbol elədir ki, şans gələndə, düzgün yararlanmaq lazımdır. Hazırda Rza ona verilən şansdan maksimum yararlanır. Deyə bilmərəm ki, növbəti matçlarda necə olacaq.

    – Rəhman Hacıyev meydana sonradan daxil olub, vacib qollar vurur. Belə çıxır ki, onu "coker" kimi meydana buraxmaq xeyirlidir?
    – Oyuna əvvəldə başlayandan da ondan razı qalırdım. "Sabah"la matçda qolu var idi. 5 qol vurub. Ən məhsuldar futbolçumuzdur, amma nominal hücumçu deyil. Söhbət 11 oyunçudan yox, "Neftçi"dən gedir. Hər bir futbolçu komandaya xeyir verməlidir. Oyunçularıma o gözlə baxmıram ki, bu ilk "11-liy"in üzvüdür və ya əvəzetmədən meydana daxil olan. Hamısına eyni gözlə baxıram. Futbolçu olanda da məşqçilər tərəfdən belə yanaşma görməmişəm.

    – Qol vurduqdan sonra futbolçularınız daha çox yerə yıxılmaq və vaxt aparmaqla məşğul idi...
    – Düşünmürəm ki, siz dediyiniz kimi futbolçularım vaxt aparırdı. Sadəcə, onlar həmin dəqiqəni daha yaxşı idarə edirdi. Bununla bağlı yaxşı təcrübəmiz var. Bu, futbolçuların özünün "bicliy"i idi. "Araz-Naxçıvan"la oyunda düzgün nəzarət etsəydilər, 3 xal qazanardıq. "Sabah"la matçda da həmçinin 1 xal qazanardıq. Artıq futbolçularım öyrənir ki, dəqiqəni necə idarə etmək lazımdır.

    – Eddi İsrafilov intizamsız futbolçudur. Onun intizamsızlığını aradan qaldırmaq üçün tədbirlər görürsünüz?
    – Hər mübarizədə çox istəklidir ki, qələbə qazansın. Ola bilsin ki, ona görə bəzi duellərə çox tələsik gedir. Vərəqələrdən də bir az narahat  olmalıdır. Çünki komandaya zərər vura bilər. Xoşlayıram ki, həmin mövqedəki oyunçular aqressiv olsun. Pozitiv mənada aqressiv deyirəm. Uzun müddət zədəli olub, yeni qayıdıb, bərpa olunur. Düzgün yoldadır. Daha çox oyun lazımdır ki, ritmə düşsün. Ona görə də bir az formadan uzaqdır. Mübarizələrə gecikə bilər.

    – Əgər heyət stabil olarsa, nailiyyət özü gəlir. Ancaq düşünmürəm ki, "Neftçi"də stabil heyət var. Sizcə, nailiyyətin açarı stabil heyətdir?
    – Nəticələrdə davamlılıq olsa, ilk "11-lik"də də stabillik olacaq. Siz mənim yerimdə olsanız, qələbə qazanmasanız, dəyişiklik etməzsiniz? Ötən oyundan fərqli olaraq, 2 dəyişiklik edildi. Adaptasiyam artıq bitir. Futbolçular da necə davranmalı olduqlarını bilməlidir. Bəzi oyunlara baxsaq, bəxtsizliklə qarşılaşmışıq. Bu komandanın potensialını bilirəm. Hücumçular geridədir. "Zenit"lə oyunda qalib gəldikdən sonra baxırsan ki, "Sumqayıt"a uduzuruq. Bu, narahat edən məqamdır. Bu haqda oyunçularla danışıram. Burada açıqlamayacağam. Nəticələrdə davamlılıq olmalıdır. Oyunçuların köməyi ilə bunun öhdəsindən gələrik.

    – Emin Mahmudovun ötən mövsümlə müqayisədə və ya millidəki performansı ilə "Neftçi"dəki arasında niyə belə fərq var? Motivasiyasızdır?
    – Düşünürəm ki, bütün məsuliyyəti Eminin üzərinə atmayaq. Ən yaxşı milli oyunçumuzdur. Hamı onun üzərinə böyük təzyiq yaradır ki, Emin xüsusi nəsə etməlidir. Hər şeyi onun üzərinə atmaq ədalətli olmaz. Çünki komandada oynayan təkcə Emin deyil. Məşqlərə yanaşması, davranışı çox peşəkar səviyyədədir. Çox motivasiyalıdır. Sizə əminliklə deyə bilərəm ki, komandada hamıdan çox o istəyir ki, qollar vursun, "Neftçi"yə xeyir versin. Ümid edirəm ki, növbəti oyunlarda buna nail ola biləcək. Bəlkə bizim də hansısa səhvimiz var ki, topu ona düzgün şəkildə gətirib çatdıra bilmirik və o da düzgün istifadə edə bilmir.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved