Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Düşünürdüm ki, "Neftçi" irəli atılacaq" – Rəşad Sadıqov
    3.12.2023 19:29:32

    "Zirə" Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. İstəməzdik ki, uduzaq. Qələbəyə köklənmişdik. Bilirdik ki, qələbə bizə üstünlük yarada bilər. Risk etmək olardı. Çoxsaylı hücumlar etdik, oyuna nəzarət bizdə idi. Rəqibin yeganə təhlükəli epizodunda... Heç təhlükəli epizod da deyildi. Rəhman Hacıyevin başla qol vurmasını nadir hallarda görürük. Yeganə hücumları qolla nəticələndi. Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nəticə əldə edə bilərik. Komandamın inkişafı məni sevindirir.

    – Komandada bitirici hücumçu çatışmır. Bu barədə çalışmalara başladığınızı demişdiniz. Qışda hücumçu transferi olacaq?
    – Hər komanda istəyər ki, heyətdə hər oyun fərqlənən oyunçu olsun. İmkanlara uyğun komanda qurmuşuq. Narazı deyiləm. Amma hamı istəyər ki, fərqli oyunçular gətirib, heyəti genişləndirsin. Amma buna bu gün imkan yoxdur.

    – Hakimlərə iradlarınız olurdu. Bir epizodda kinayə ilə "taym-aut" da dediniz. Hakimlikdən narazı qaldınız?
    – Nəticəyə təsir edən səhvlər olmadı. Sadəcə, Ruan Renatuya sarı vərəqə verildi. Növbəti oyunu buraxacaq. Əvəzetmə hazırdır, baş hakim "Neftçi"nin oyunçusu ilə danışır. Bunların nəticəyə təsiri yoxdur. Amma xoşagəlməz məqamlardır. Futbolçuları və məşqçiləri də gərginləşdirir. Olur da, nə isə...

    – 6 ildir ki, bu stadionda qalib gələ bilmirsiniz...
    – Kubokda qalib gəlmişdik. Qələbələrə çox yaxın olmuşuq. Bəlkə də evdə "Neftçi" ilə oyunlarımız daha ağır keçir. Bu gün üstün tərəf biz idik. Ötən il 1:2 uduzduğumuz matç var idi, biz qalib gəlməliydik.

    – "Zirə" ilk dəqiqələrdən daha çox pressinqlə, daha maraqlı oynaya bilər?
    – Olar. Hücum futbolunu xoşlayıram. Müdafiəçi olsam da, belədir. Hər hansı passiv oynamaq göstərişimiz olmur. Oyunun əvvəlində komandaya daha diqqətli oynamağı tapşırıq veririk. Dəqiqələr ötdükcə çalışırıq ki, hücumlarımızı artıraq. Bu gün də ilk hissədə biz daha təhlükəli idik. Futbol taktiki oyundur. Şəraiti düzgün qiymətləndirmək lazımdır. "Neftçi" ilə oyunda 90 dəqiqə planda olmalıyıq. Planı pozsaq, mən başda olmaqla, ağılsızlıq olar. Düşünürdüm ki, oyunun gedişatı fərqli olacaq, "Neftçi" irəli atılacaq. Daha təhlükəli tərəf biz idik.

    – Əvvəl demişdiniz ki, Yeqor Boqomolskini icarəyə götürmək istəyirsiniz. Bu hələ də aktualdır?
    – Transfer dövründə müzakirə edəcəyik. 

    – Hakimlikdən əksər məşqçilər narazıdır...
    – Özümə aid epizodları müzakirə edə bilərəm. Bu mövsüm nəticəyə təsir edən epizodlar az olub. Amma məsələn, Pyer Zeblinin qırmızı vərəqə epizodu var idi, orada qırmızı yox idi. Qəbələdə penaltimiz verilmədi. Amma hakimlərin işinə gəldikdə, həmişə dürüst olmuşam. Bu mövsüm hakimliyin yaxşılaşdığını düşünürəm. Şəxsi fikrim odur ki, tam əksinə, hakimliyin səviyyəsi qalxıb.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved