Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bilirəm ki, hakimlər məni sevmir" – Murad Musayev
    3.12.2023 17:44:38

    “Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın XV turunun oyunundan sonra keçirilən mətbuat konfransında danışıb.

    Prosport.Az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini şərh edib:

    “Çox vacib qələbə qazandıq. Oyun bizim üçün çətin alındı. 2 qol vurduqdan sonra 3-cü qolu vura bilmədik. Əsas olan qələbədir. Qarşıda çox önəmli görüşlər var. Həmin matçlara hazırlaşacağıq”

    – "Sabah" heç vaxt Tovuzda məğlub olmayıb. Amma oyun olaraq komanda o qədər də yaxşı görünmürdü. Burada qələbə qazanmağın düsturu budur ki, yaxşı oynamasanız da, qalib gələsiniz?
    – Tovuza gələrkən, özümüzdən çox da yaxşı yaxşı oyun gözləmirik. Vacib olan qələbə qazanmaqdır. Burada oynamaq çox çətindir. Süni örtükdə oynamaq çətindir. "Qarabağ" da burada parlaq oyun göstərməyib. Çünki rəqib arxaya oturur. "Kəpəz" hücum futbol oynayandır, rəqibə də hücum etməyə imkan verir. “Turan Tovuz” son dəfə burada bizimlə hücuma yönəlik futbol oynamışdı. Çətindir. Ən önəmlisi bu meydanda qələbə qazanmaqdır.

    – Bu gün yenə sarı vərəqə aldınız. Hakimlər, yoxsa Murad Musayev geriyə addım atacaq?
    – 2 ildir ki, buradayam. Hakimlikdən heç də məmnun deyiləm. "Qarabağ"la oyunda Aleksey İsayevin ayağını əzirlər, heç bir qayda pozuntusu qeydə alınmır. Marko Yankoviç Namiq Ələsgərova qarşı kobud  oynayır, ama heç televizorda da göstərmirlər. Maruan Hadudinin əlinə dəyən topu isə tez gördülər. “Zirə” ilə oyunu deyim, Namiqi üzündən vururlar, heç nə yoxdur. Emmanuel Apeyə 2 sarı vərəqə göstərdilər və meydandan qovdular. Bu mənim işimdir. Mən işimlə yaşayıram. Futbol balet deyil. Hər toxunuşda faulu verirlər. Avropada belə deyil. Bu hakimlik dəyişsə, mən sarı vərəqə görmərəm. Böyük zəhmətlə özünüzə ev alırsınız və kimsə əlinizdən alır. Hakimlər qələbəmizi əlimizdən alırlar. Avropada 35 oyunum olub, cəm 1 dəfə sarı vərəqə görmüşəm. Hazırda hakimlər çox müdafiə olunur. Amma məşqçilərə dərhal cəza verirlər.

    Hamınız deyirsiniz ki, Murad Musayevə sarı vərəqə göstərirlər. Hakimlik dəyişsə, 1 sarı da almayacağam. 2 il ərzində bizə qarşı nə qədər səhv etdikləri ilə bağlı bir kaset var. Hakimlikdən narazıyam və bu da dəyişmir. Burada adicə toxunuş olur, cərimə zərbəsi təyin edirlər. Avropada bu epizodlara hakim heç nə verməyəcək, amma biz yerdə qalacağıq. Çünki bizi Azərbaycanda belə öyrədiblər. Avropada isə belə şeyə heç nə vermirlər. Hakimlər eyni şeyi davam edirlər. Bu gün də bərbad hakimlik oldu. Rusiyada cəmi 3 qırmızı vərəqəm olub. Özümə söz vermişəm ki, burada olanlara reaksiya verməyəcəyəm. Amma mümkün deyil. Onlara bir söz də demək olmaz. Hakim səhv edirsə, məni cəzalandırırlar.

    – Ötən mövsüm bitəndən sonra əsas oyunçular komandadan getdi. Yeni futbolçuların uyğunlaşması isə çətin keçdi. Artıq komandanın çətin dönəmi arxada qoyduğunu düşünmək olar?
    – Qarşıda çox oyunlar var. Cessi Sekidika daha yaxşı adaptasiya olub. 2 mərkəz müdafiəçimiz yeni gəlib. Turnir cədvəlinə baxmaq istəmirəm. Son oyunlarda qələbələr bizə inam verir. Bu, oyunumuza təsir edə bilər. Futbolçular yaxşı məşq edir. Mənim üçün əsas oyun keyfiyyətidir. Bu olduqda, nəticələr də gələcək. Ötən mövsümkü “Sabah”ı yaxınlarda görəcəksiniz.

    – 1 ay əvvəl Hakimlər Komitəsinin sədri ilə görüşünüz oldu. Barış Şimşəyə birbaşa öz iradlarınızı bildirdiniz?
    – Görüşdüyümüzü siz haradan bilirsiniz? Barış Şimşək güclü mütəxəssisdir, işinin peşəkarıdır. Çempionlar Liqası, final oyunlarında da işləyib. Onun üçün də yenilikləri öyrətmək çətindir.

    – Azərbaycanda bəyəndiyiniz hakim var?
    – Hakimlik edə bilən yaxşıları var. Amma ad çəkməyim düzgün olmaz. Sadəcə səhvləri başa düşə bilmirəm. Bəlkə, bilərəkdəndir, yoxsa keyfiyyət çatışmır. Mən onlarla dalaşmaq istəmirəm. Hakimlik çətin peşədir. Amma işimizi yaxşı görməliyik. Onlara toxunmaq istəmirəm. Mənim üçün ən yaxşı hiss matçdan sonra hakimlərin əlini sıxmaqdır. “Turan Tovuz"la buradakı matçımızda hakim (Əliyar Ağayevi nəzərdə tutur – red.) öz işini çox yüksək səviyyədə həyata keçirirdi. Heç kimə kömək etmirdi. Meydanda idi, amma görünmürdü. Bu isə hakimliyin səviyyəsinin yaxşı olması deməkdir.

    – Boyan Letiçlə oyunun gedişində və sonra nəyi müzakirə edirdiniz?
    – Bizim öz sirrimizdir.

    – Açıqlamalarınızdan sonra hakimlərin sizə qarşı daha da aqressiv olduğunu düşünürsünüz?
    – Onlar onsuz da mənə qarşı aqressivdir. Bilirəm ki, onlar məni sevmir. Mən susa bilmərəm. 6 aydır ki, susuram, heç nə demirəm. Yaxşı durumda deyilsən və hakimlər səhv edir. Onda daha da çətin olur. Onlar mənə daha pis münasibət bildirəcəklər, bəli. Haqlısınız.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved