I Liqada çıxış edən "Mingəçevir" futbol klubunda daha bir ayrılıq baş verib.
Prosport.Az-ın xəbərinə görə, baş məşqçi Samir Məmmədovdan sonra komandanın oynayan qapıçılar üzrə məşqçisi Elnar Kərimov klubdan ayrıldığını açıqlayıb:
"2 ilə yaxın çalışdığım "Mingəçevir" klubundan ayrılmaq qərarına gəldim. Mənim üçün çətin olsa da, sonda qərarı verdim".
Qeyd edək ki, Elnar Kərimovun qış fasiləsindən sonra Türkiyənin BAL liqasında məşqçilik edəcəyi gözlənilir.

