Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Günahkar axtarmağa ehtiyac yoxdur" – "Sumqayıt"ın məşqçisi
    3.12.2023 11:03:22

    "Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik. Bəzi oyunçularımıza çox güc düşür. Uzun səfər idi, yol amili də var idi. Bütün çətinliklərə baxmayaraq, 2-ci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma əlimizdən çıxdı. Bir xala da şükür".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Premyer Liqanın XV turunun "Turan Tovuz"la (2:2) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

    – 2:0 hesabını niyə qoruya bilmədiniz?
    – 2-ci hissənin ilk 10 dəqiqəsində konsentrasiya itkinliyi idi, ya nə idi... Rəqibin də təzyiqi oldu. Diqqətsizlikdən 2 qol buraxdıq. Amma sonradan komanda yenidən toparlandı.

    – Qələbənin əldən çıxmasında əsas günahkar məşqçilər korpusudur, yoxsa futbolçular?
    – Günahkar axtarmağa ehtiyac yoxdur. Səhv olubsa, hamımızındır. Komanda pis oynamadı, normal çıxış etdi.

    – Dediyiniz həmin 10 dəqiqədə nə baş verdi?
    – Onu oyuna analiz edəndə, baxacağıq. Hansı səhvlər etdiyimizi görəcəyik. Soyuq başla hamısını analiz edəcəyik.

    – Demək olar ki, oyunun ədalətli nəticəsi elə heç-heçə idi?
    – 2:0 qalib gəldiyimiz oyunda sonradan 2:2 olursa, 3 xalın əldən çıxmağına üzülürük. 2-ci hissə başlayan kimi ardıcıl 2 qol buraxıb, oyunu 2:2 başa vurursansa, onda da 1 xalın sevinci var.

    – "Sumqayıt" çempionatda ardıcıl 5-ci oyundur ki, uduzmur. Bu, komandanın mövsümdəki hədəflərinin dəyişməsinə səbəb ola bilər?
    – Mövsüm başlayandan hansısa hədəfimiz yox idi. Komandanın yaxşı futbol oynamasını, yaxşı yerlərdə olmasını istəyirdik. Zaman keçdikcə, komanda öz oyununu tapdıqca, əlbəttə, istərdik ki, avrokuboklara düşək. Amma indidən bu barədə danışmaq çox tezdir. Cəmi 15 tur geridə qalıb. Turnir cədvəlində də xal fərqləri çox deyil. 1-2 oyunda uduzanda, 7-8-ci pilləyə yuvarlanmaq mümkündür.

    – Qış fasiləsinə 3 tur qalıb. Transfer siyahısı hazırdır? Bununla bərabər, komandadan göndəriləcək oyunçular da bəllidir?
    – Bunlar barədə düşünürük. Kimlərlə müqavilə müddəti uzadılmayacaq, o haqda da fikirləşirik. Hansısa çətinliklərimiz ola bilərsə, onların qarşısını almağa çalışacağıq.

    – "Sumqayıt" ölkə xaricinə yollanacaq?
    – Bu dəqiqəyə olan fikrimiz ölkə xaricində toplanış keçməkdir. Allahın işidir. Qeyri-adi bir şey olmasa, xaricə yollanacağıq.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved