Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Səbəb varsa, onun ən böyüyü özüməm" – Şahin Diniyev
    2.12.2023 18:58:37

    "Oyun gərgin və əsəbi getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk 15 dəqiqəyə yaxşı başladıq, 2 qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Sadəcə futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və toparlana bilmədik, əsəbi futbol oynayırdıq. Futbolçularım bacardıqlarını da edə bilmirdilər. Elə futbolçumuz var ki, texniki cəhətdən idealdır, amma o sarıdan da problemi olurdu. Ad çəkmək istəmirəm. Komanda sanki bataqlığa batdı, amma çıxa bilmədi. Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım, onları sakitləşdirim. Ki, ayaqları işləyə bilsin. Bu da alınmadı. 2-ci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaşanırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. 1 xal bizim üçün vacibdir. Turnir cədvəli baxımından belədir. "Araz-Naxçıvan"a gələcəkdə uğurlar azrulayıram və oyuna görə onlar təşəkkür edirəm".

    Prosport.Az xəbər verir ki, bunları "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XV turunun "Araz-Naxçıvan"la oyunundan (1:1) sonra mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablandırıb:

    – Nümayiş etdirdiyiniz oyuna görə 1 xala çox şükür edirsiniz?
    – Məni tanıyırsınız da. Biz 1 xalı qazandıq.

    – İlk dövrədə "Araz-Naxçıvan"a qalib gəlmişdiniz. Ancaq elə də yaxşı oynamamışdınız. Bu gün də, demək olar ki, yaxşı deyildiniz. Səbəb nədir?
    – 15 oyunu analiz edəndə, bəlkə də pis oyunumuzun 3 dənə olduğu görünür. Bunlar "Qəbələ" ilə səfərdəki, "Araz-Naxçıvan"la evdəki və bu gün oynadığımız oyundur. Bilmirəm, yəqin ki, tempi, sürəti tuta bilməmişik. Dəqiq sizə cavab verə bilməyəcəyəm. Nə desəm, yalan olar. Amma sizinlə tam razıyam ki, layiqli, yaxşı futbol oynaya bilmədik.

    – Aleksandr Ramalinqom haqda fikriniz necədir? "Zirə" ilə matçdan sonra ondan narazılıq etmişdiniz. Bu gün də o qədər aktiv deyildi... 
    – Bilirsiniz, mən heç vaxt səbəb axtarmıram. Səbəb varsa, onun ən böyüyü özüməm. Futbolçularımız zədəlidir. Ağabala Ramazanov, Cabir Əmirli, Süleyman Əhmədov yoxdur, Yusif Nəbiyev zədəli-zədəli, David Qomis isə ağrıkəsici oyunlara çıxır. Kiçik komandada bu qədər itki böyük məsələdir. Tam formada deyilik. Formada olmamağımızın səbəbi zədəlilərin tam formaya düşməməsidir. Zaman azdır. Ramalinqoma gəlincə, çox keyfiyyətli forvarddır. Ancaq formada deyil. Yəqin ki, 1 həftədən sonra daha yaxşı Ramalinqom görəcəyik.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved