Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolçunu silkələmək bizlik deyil" – Azər Bağırov
    2.12.2023 18:37:01

    "Gərgin  oyun keçdi. 2 hissədə də dominant oynamağa çalışdıq. Qol epizodlarını reallaşdırmayanda, belə toplar buraxırsan. Acı da olsa, qələbəni əldən verdik. İrəliyə baxmaq lazımdır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın XV turunun "Səbail"lə oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:

    – Dominant futbol və xeyli qol epizodlarına görə futbolçulara təbrik düşür, yoxsa sondakı diqqətsizliyə görə, əksinə?
    – Müdafiədə bu gün çox yaxşı oynadıq. Əksinə, mən hücumun üstünə düşməliyəm ki, daha çox epizodlar yaradırıq, amma yararlana bilmirik. Özüm də müdafiəçi olmuşam. Bu gün müdafiədə böyük səhvlər görmədim. Buraxdığımız kimi bəxtsiz qollar da futbolda olur. Ötən oyunda "Neftçi"yə sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Bu halı həzm etməliyik. Amma qol vurmaq üzərində çox işləməliyik. Bəlkə də, çempionatın digər oyunlarında bu qədər qol epizodlarımız olmamışdı. Yanılmıramsa, rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik.

    – Son 2 oyunda avrokuboklara oynayan rəqiblərdən xal almısınız...
    – Biz o barədə fikirləşmirik. Hər oyuna köklənirik. Futbolçularım "Neftçi"yə qarşı çox yaxşı səviyyədə oynadı. Hətta avrokuboklar uğrunda oynayan komandalardan pis deyildilər. Axsayan yerlərimiz var. Qışda da transferlər reallaşdırmağa çalışacağıq. Tapa bilməsək, yolumuza davam edəcəyik.

    – Axsayan mövqe deyəndə, haranı nəzərdə tutursunuz?
    – Orta xətt, 8 və 10 nömrə mövqeyi, hansı ki, daha çox hücumçuları topla təmin etsin. Bu cür futbolçu axtaracağıq. İstəyərdik, bu, yerli futbolçu olsun ki, rotasiya edə bilək. Amma olmasa, nə edək? Bu gün heç kim yaxşı yerli futbolçusunu bizə verməz.

    – Sizə elə gəlmir ki, Orxan Əliyev daha çətin vəziyyətlərdə qol vurur, nəinki asan epizodlarda...
    – Orxanın öz aləmi var. O epizodları qaçırmamalıydı, amma qaçırdı. Əlbəttə ki, komandanı pis durumda qoydu. Ancaq ötən oyunda da onun qolu sayəsində 1 xal qazandıq. Bu mənada futbolçunun üstünə çox getmək, onu silkələmək də bizlik deyil. Sadəcə, bu gün nə lazımdırsa, onu futbolçudan tələb edirik və istəyirik ki, maksimumu ortaya qoysun. Orxan bu gün onu edə bilmirsə, sabah edəcək.

    – İlk dövrədə də rəqibdən üstün olsanız da, istədiyiniz nəticəni qazana bilməmişdiniz, bu gün isə bərabərlik qeydə alındı. Sizcə, 2 oyunda da çatışmayan nə oldu?
    – İlk oyunda da bizim ilk yarıda 3-4 real qol epizodumuz var idi. Orxan Əliyevin, Abdulla Rzayevin qol imkanları yaranmışdı. Onları yenə reallaşdıra bilmədik. Bu gün əlimizdə olan material budursa, səhvi kiminsə üzərində axtarmalı deyiləm. Sadəcə, əlimizdə olan materialın bacarığını yaxşılaşdırmalıyıq, vəssalam. Biri var insanın maksimumu. Amma futbolçunu daha yaxşı səviyyəyə gətirmək olar. Məncə, bu gün çox yaxşı oynadıq, ancaq 2 xalı itirdik.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved