Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub.
Prosport.Az xəbər verir ki, yarışın 3-cü günündə daha 2 idmançımız medal qazanıb.
Jalə Əliyeva (57kq) qızıl, Birgül Soltanova (62 kq) bürünc mükafata sahib olub.
Beləliklə, qadınlardan ibarət yığmamız medalların sayını 6-ya çatırıb
Qeyd edək ki, yarışda ötən gün Ruzanna Məmmədova (49 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) bürünc, Gültəkin Şirinova (53 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, turnir dekabrın 3-dək davam edəcək.
