“Atletiko”nun və “Çelsi”nin keçmiş futbolçusu Felipe Luis karyerasını bitirir.
Prosport.Az xəbər verir ki, “Flamenqo”nun braziliyalı müdafiəçisi açıqlama verərək, sabah “San Paulo” ilə keçiriləcək matçın onun üçün sonuncu olacağını deyib.
38 yaşlı futbolçu karyerasını məşqçi kimi davam etdirəcəyini bildirib.
Braziliya millisinin keçmiş üzvü 2019-cu ildən “Flamenqo”da oynayırdı. O, Avropada “Deportivo”da da çıxış edib.

