Bu gün Türkiyə Super Liqasında XIV tura start veriləcək. Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Antalyaspor"u qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək. Renat bu oyunda komandasına kömək edə bilməyəcək. 24 yaşlı forvard mövsüm ərzində 4 sarı vərəqə aldığı üçün cəzalı durumdadır. Qeyd edək ki, 13 turdan sonra 17 xal toplayan "Hatayspor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Renat Dadaşov "Hatayspor"a kömək edə bilməyəcək

