AFFA İntizam Komitəsi “Qəbələ” və “Turan Tovuz” klublarını cərimələyib.
Prosport.Az xəbər verir ki, buna komandalar arasında Azərbaycan Premyer Liqasının XIV turunun oyununda baş verən qayda pozuntuları səbəb olub.
Qarşılaşmanın 86-cı dəqiqəsində topdaşıyanlar meydana daxil olduğuna görə “Qəbələ” 500 manat cərimə edilib. 90+2-ci dəqiqədə isə “Turan Tovuz” azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün Tovuz təmsilçisi 1500 manat ziyana düşüb.
Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.