"Neftçi"nin futbolçusu Rəhman Hacıyevə "Neftçi Arena"nın təmizlik işçiləri tərəfindən sürpriz edilib.
Prosport.Az-ın məlumatına görə, 2 xadimə futbolçu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən zala daxil olaraq ona üzərində 200 rəqəmləri olan kiçik tort hədiyyə edib. Onlar futbolçunu "Neftçi"də 200-cü oyununa çıxması münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıblar.
Qeyd edək ki, 30 yaşlı Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının XIV turunun "Araz-Naxçıvan"la ev oyununda (1:1) "Neftçi" forması ilə 200-cü oyununa çıxıb. Bu səbəbdən də matçdan öncə klubun icraçı direktoru Fərrux Mahmudov tərəfindən yarımmüdafiəçiyə üzərində 200 yazılmış xüsusi forma təqdim olunub.

