Hərbçi güləşçilər arasında keçirilən XXXVI dünya çempionatında Azərbaycan millilərinin baş məşqçiləri müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, komandaları güləş döşəyinə milli komandaların baş məşqçiləri yox, böyük məşqçiləri çıxaracaq.
Belə ki, sərbəst güləş millimizdə Cəbrayıl Həsənov, qadınlarda Toğrul Əsgərov və yunan-Roma güləş yığmamızda Rövşən Bayramov komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, hərbçilərin dünya çempionatına sabah start veriləcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək yarışa dekabrın 2-də yekun vurulacaq.
