"Sumqayıt" Azərbaycan Premyer Liqasının XlV turunda doğma meydanda "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.
Prosport.Az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərimiz də həmişəki kimi, möhtəşəm idi.
– 2-ci yarıda "Zirə"nin aşkar üstünlüyü var idi. Əgər 0:0 hesabına görə futbolçuları təbrik edirsinizsə, qələbə qazananda nə deyirsiniz?
– Razı deyiləm ki, "Zirə"nin aşkar üstünlüyü var idi. Ortada oyun gedirdi. Ola bilər ki, rəqib ilk hissə ilə müqayisədə fasilədən sonra bir az aktiv oynadı. 2-ci hissə gərginliklə yadda qaldı. Uduzmamaq, qalib gəlmək istəyi futbolçularda gərginliyə gətirib çıxardı. Ola bilər ki, ona görə oyunumuzda eniş yaşandı. Amma "Zirə"nin aşkar üstün olması fikri ilə razılaşmıram.

