Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Dünyanın ən uğursuz məşqçisiyəm" – Adrian Mutu
    26.11.2023 18:41:43

    "Neftçi" Azərbaycan Premyer Liqasının XlV turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Adrian Mutu matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Komandamın oyunundan razı qaldım. Bu, futboldur. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu. Bəzən futbol səni cəzalandırır. Belə davam etməliyik, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 olacaq oyunu 1 xalla bitirdik.

    – Qış fasiləsinə bir şey qalmayıb. Yəqin ki, qışda komandadan gedənlər və gələnlər olacaq. Siyahını hazırlamısınız?
    – İdman direktorumuzla bu barədə söhbətimiz olub. Düşünürük ki, komandanı necə yaxşılaşdıra bilərik. Dekabrda bəzi dəyişikliklər olacaq.

    – "Araz-Naxçıvan" qol buraxdıqdan sonra dəyişikliklər etdi, siz isə daha çox müdafiəni gücləndirdiniz. Rəqibin qolunda bunun nə dərəcədə rolu oldu?
    – Yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə "Araz-Naxçıvan"ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, TV-dən yox. Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdi. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı. Məni bu gün məyus edən yalnız hesabdır. Rahatlıqla 3:0, 4:0 olmalıydı, amma 1:1 bitdi. Bu adamı içəridən "yandırır", adama toxunur. Hamınız oyuna baxdınız. Siz də qəbul edərsiniz ki, komanda yaxşı oynadı. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi.

    – Azər Sahalını yenidən meydanda görəcəyik?
    – Bu gün bütün futbolçular özünü yaxşı tərəfdən göstərdi. Oyunçular istədiyimi edirdi. Bunlardan biri də Azər idi ki, istədiklərimi etdi.

    – Sanki komanda sonradan həvəsdən düşdü, arxayınlaşdı...
    – Razı deyiləm. 2-ci yarıda daha çox qol epizodu yaratdıq. Necə deyə bilərsiniz ki, komanda motivasiyasız idi? Futbolçular çox yaxşı oynadı. Onlara deyiləsi sözüm yoxdur.

    – Lukas Melano haqda fikriniz nə dərəcədə dəyişib?
    – Melano tərəfdən düzgün reaksiya görürəm. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Oynamağa layiq olduğunu sübut edir. Sadəcə yaradılan qol epizodlarını reallaşdırmaq lazım idi. Yaxşı oynayır. İlk gündən deyirəm ki, epizodlarımızı qolla nəticələndirsək, çətin olmaz. Epizodları vura bilmirik deyə, çətinlik yaranır. Hücumçular bu gün öz üzərinə düşən işin çox hissəsini gördü. Qol da vursaydılar, mükəmməl performans olardı.

    – Həm I, həm də II dövrədə sizi cəzalandıran Orxan Əliyev oldu. Onun üçün xüsusi diqqət ayırmamışdınız?
    – O, 2-ci hissədə meydana daxil oldu. Onun üçün yaxşıdır. Bəli, tapşırıqlar verilmişdi. Əvvəldən oyunçularımıza məlumat veririk.

    – U-21 yığmasının kapitanı Fərid Yusifli, İsmayıl Zülfüqarlı, Ömər Buludovun hazırlıq səviyyəsi barədə nə deyə bilərsiniz?
    – Onlar məşq edir. Ömər zədədən yeni qayıdıb. 3 aydır ki, zədədən əziyyət çəkirdi. Ona vaxt lazımdır ki, əvvəlki formasını bərpa etsin. Digər 2 oyunçu da çox peşəkardır. Məşqlərini edirlər, işlərinə peşəkar kimi yanaşırlar. Amma futboldur, rəqabət var.

    – Mümkündür ki, qışda özünüz "Neftçi"dən gedəsiniz? Rumıniya mətbuatı yazmışdı ki, ÇFR sizinlə maraqlanır...
    – Dünyanın ən uğursuz məşqçisiyəm. 2 oyundur ki, son saniyələrdə qol buraxırıq. Burada bir işə başlamışam və bitirmək istəyirəm. Bu heç də asan deyil. Çalışacağam ki, buna dözüm və istəyirəm ki, mövsümü "Neftçi"də bitirim.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved