Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Klubdaxili problemlərdən danışmaq peşəkarlığa sığmaz" – Azər Bağırov
    26.11.2023 18:17:54

    "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – 2 fərqli hissə düşünmüşdük. 1-cisi müdafiədən əks-hücumlara keçid idi. 2-ci yarıda daha çox hücumda olmaq istəyirdik. Künc zərbəsindən bir anlıq anlaşılmazlıqdan qol buraxdıq. Uşaqlara əhsən düşür. 2 oyunda uduzduqdan sonra toparlandılar və yaxşı, belə "Neftçi"yə qarşı mübarizə apardılar. Mənim üçün 1:1 hesabı qələbəyə bərabər idi.

    – "Araz-Naxçıvan" zəif komandalarla oyunlarda daha çox xal itirir, güclülərlə isə əksinə...
    – "Sumqayıt"la oyunu analiz etdik və gördük ki, boşluqlarımız var idi. Bu da çox güman ki, "Qarabağ"a qarşı mübarizədən irəli gəlmişdi. "Kəpəz"lə oyunda ilk 15-20 dəqiqədə 2-3 qol epizodumuz oldu. Onlardan yararlana bilmədik. "Kəpəz"lə matçda da uşaqlardan razı idim. Elə komandayıq ki, hardasa boşluqlarımız olacaq. Çünki yeni yığılmış komandayıq. Bunların da öhdəsindən gəlməliyik. Şanslarımızdan maksimum istifadə etməliyik ki, arxada daha rahat oynayaq. Hər şey səhvlərin üzərində qurulub.

    – Rəhbərliklə bağlı problemlər var? Sizin də narazılığınız var...
    – Problemlərdən danışan adam deyiləm, özüm həll edəcəyəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, kənarda problemlərdən danışmaq peşəkarlığa sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır.

    – Milli komandamız haqda fikriniz necədir? Azərbaycan yığmasına kimin gəlməsini istəyərdiniz? Sizə təklif olsa, işləyərsiniz?
    – Bu barədə danışmaq istəməzdim. Rəhbərlik var. Hər bir azərbaycanlıya belə post verilərsə, onu canla-başla qəbul etməlidir və bacardıqca inkişaf etdirməlidir. Yerdə qalan şeylər bizim həddimiz deyil. Hər şey burda həll olunmur.

    – Dönüş nöqtəsi bu oyun oldu?
    – "Kəpəz"lə də pis oynamadıq. Eniş hardasa olmalıdır. Bizdə də 11 turdan sonra göründü ki, 5 günlük istirahət gününə düşə bilmədik. "Kəpəz"lə matçda futbolçulardan razı qalmışdım. Uşaqların hamısı bu gün 10 kilometrdən yuxarı qaçıb. Bu da Avropa göstəricilərinə yaxındır.

    – Orxan Əliyev müxtəlif mövqelərdə oynayıb. Onu mərkəz hücumçusu kimi oynadırsınız. Onu vinger kimi oynatmaq istəyirsiniz?
    – Futbolçunun bədən dili var. Cinahda oynayan futbolçu daha cəld olmalıdır. Orxanda bu yoxdur. Onu arxaya çəksəm, hücumdakı kimi oynadacağam.

    – Meydana daxil olandan sonra oyunun son 5-10 dəqiqəsinə qədər komanda yoldaşları onu topsuz qoydu. Futbolçular ona güvənmir?
    – Orxan ilk "11-liy"in futbolçusudur. Komanda yoldaşları ilə münasibəti idealdır. Neçə milyonluq "Neftçi" yə qarşı oynayırdıq. Meydanda kiməsə etiraz etmək emosiyadır. Futbolda mənim kimi səbirli dayanmaq olmaz. 

    – Ədalətli nəticə 1:1 idi?
    – Məğlub da ola bilərdik. Demirəm ki, qalib gəlməliydik. Bu gün qismətimizdə 1:1 hesabı idi. Qalib gələ də bilərdik. Daha tez qol vursaydıq, belə olardı. Geri çəkilmək fikrim yox idi. Meydana qələbə üçün çıxmışdıq.

    Müsahibə

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17
    Futbol

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32
    Futbol

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43
    Futbol

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26
    Futbol

    Azərbaycanda 2 futbolçu ağır qəzada öldü

    30.07.2026 13:10:00
    Futbol

    "Kəpəz" növbəti transferini reallaşdırdı - VİDEO

    30.07.2026 12:12:56
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26

    Azərbaycanda 2 futbolçu ağır qəzada öldü

    30.07.2026 13:10:00

    Azərbaycan klubu legioneri ilə müqaviləni yenilədi

    30.07.2026 12:44:25

    "Kəpəz" növbəti transferini reallaşdırdı - VİDEO

    30.07.2026 12:12:56

    "Bəlkə də "Neftçi"nin futbolçuları dünya çempionatını qəlyan çəkə-çəkə izləyib" – Veteran qapıçı

    30.07.2026 11:42:48

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23

    Dünya çempionatı: Daha 5 qadın güləşçimiz xalça üzərinə çıxır

    30.07.2026 10:56:07

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved