Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu gün futbolçular ağ formada oynamaq istədi" – Elmar Baxşıyev
    25.11.2023 18:58:10

    "Maraqlı oyun alındı. İlk turdan komandamın belə hücumda rəngarəng görünməsini istəyirdim və onlardan bunu tələb edirdim. Oyun üçün müəyyən planlarımız var idi. Hansı ki onun üzərində də fasilə dönəmində işləyirdik. Sevindirici haldır ki, komanda meydanda onu yerinə yetirə bildi. Komandamı təbrik edirəm. Qələbə qazandıq. Amma biz də bilirik ki, daha yaxşı olmağa cəhd etməliyik. Bu komandanın potensialı var və inanıram ki, oyundan-oyuna daha da sanballı "Qəbələ" görəcəyik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XlV turunun "Turan Tovuz"la(4:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

    – Fasilədən sonra 2 sürətli əks-hücumlardan sonra qol vurdunuz. Bu, ilk yarıdan sonra paltardəyişmə otağında futbolçulara verdiyiniz tapşırıq idi, yoxsa necə?
    – Desəm ki, onun üzərində işləmişdik, xeyr. Amma o da işlədiyimiz elementlərdən biridir. Hücumameyilli oyunçularımızın hamısı sürətlidir. Daha çox dominant futbol oynamağa çalışırıq. Amma əlbəttə ki, top həmişə bizdə olmur. Topu ələ keçirdikdə, komandanın qarşısına sürətli əks-hücumlara çıxmaq vəzifəsi də qoyuruq. Bu oyunda alındı.

    – Bilrl Auaşeriyanı bu gün fərqli mövqedə, hücumda oynatdınız. Bu qərarınızı necə şərh edərdiniz?
    – Desəm ki, Bilel sırf 9 nömrədir, yalan danışmış olaram. Universal futbolçudur. 3 mövqedə oynaya biləcək oyunçudur. Bizim bu oyun üçün planlarımız var idi, Bilelin sırf hücum kimi oynaması da onun tərkib hissələrindən oldu.

    – Bu variant uğurlu alındısa, növbəti matçlarda da istifadə edəcəksiniz?
    – Ola bilər ki, qarşıdakı matçda cinah yarımmüdafiəçisi kimi başlasın. Oyunumuzu rəqibə görə də qururuq. Amma nəinki Bilel, ehtiyatda olan futbolçularımızı da həmin mövqedə görə bilərik.

    – Tam görmək istədiyiniz "Qəbələ" bu idi?
    – Tam səmimi deyim, oyun planında çox artırmalıyıq. Onlardan daha çox topa nəzarət etmək tələb olunur. O da ki, oyundan-oyuna yoluna qoyulacaq.

    – Bu cür futbol oynayan komanda necə olur ki, turnir cədvəlinin son pillələrində qərarlaşır?
    – Bu sualı cavablandırmağa çalışsam, 2 gün oturub danışmaq lazım olacaq. Futbol çox sadə və mürəkkəb idman növüdür. Əlimin altında bütün futbolçular olanda, daha rəngarəng oynayırıq. Bəzi oyunçular olmayanda, hücumçunu müdafiəmeyilli oynatmağa çalışırıq ki, boşluğu dolduraq. Mən də bilirəm ki, bu komandanın potensialı var. İnanıram ki, "Qəbələ" artıracaq. Bizə və kluba sonuncu pillələrdə qərarlaşmaq yaraşmır.

    – "Qarabağ"a qarşı matçda taktikanıza sadiq qalacaqsınız, yoxsa müəyyən dəyişikliklər olacaq?
    – Öz oyun planımız var. Bilirik ki, "Qarabağ" çempionatımızın hegemonudur. Bu komandaya qarşı da komandanı hazırlayıb, uğurlu nəticəyə köklənəcəyik.

    – Bu gün "Qəbələ" ev oyununa səfər formasında çıxmışdı. Bu da uğursuzluğun qarşısını almaq üçün atılmış addım idi?
    – 2 formamız var: biri qırmızı, digəri ağ. Seçim mənim yox, futbolçuların idi. Bu gün ağ formada oynamaq istədilər.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved