Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komanda məğlub olubsa, hər kəs günahkardır" – Ayxan Abbasov
    25.11.2023 18:34:28

    "Bu cür oyundan sonra danışmaq çətindir. Acı məğlubiyyətlə üzləşdik. Oyuna baxsaq, 1-ci qola qədər bərabər səviyyəli oyun gedirdi. Həmin qol komandamıza pis təsir etdi. 2-ci hissə dəyişiklik etdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox güclüdür. Hesab 3:0 olduqdan sonra sistemi dəyişdik, hücumamemeyilli oyunçuların hamısını meydana buraxdıqdan sonra bəlkə də 1 qol bizi həvəsləndirə bilərdi. Amma təəssüf ki, olmadı. "Qəbələ" bu gün çox yaxşı oynadı. Üzücü məğlubiyyətdir. Bundan dərs çıxarmalıyıq. Çünki toparlanmaq lazımdır. Mövsüm uzundur. Futbolçulara da dedim ki, bu cür məğlubiyyətdən sonra ruhdan düşmək yox, toparlanmaq vacibdir. Çünki sabah özümüzü çətin duruma sala bilərik. Bu durumdan çıxmağa çalışacağıq. Komandama inanıram. Gələcək oyunlarda azarkeşlərimizi sevindirəcəyik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XlV turunun "Qəbələ" ilə (0:4) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

    – "Turan Tovuz"un ehtiyat qüvvəsi kasad görünür. Yanvarda transferlər gözlənilir?
    – İstəyərik ki, yeni futbolçularımız olsun. Amma inanın ki, bu dəqiqə bizim üçün qarşıdan gələn oyunlar çox vacibdir. Ona görə də düşünməyə vaxt yoxdur. Zədəli və zədədən yeni qayıdan futbolçular var. Bu gün çox dəyişiklik etdik. Amma elə oyunlar var ki, dəyişiklik heç fayda vermir. "Qəbələ" 2-ci yarıda elə üstünlük əldə etdi ki, onlara hansı dəyişiklik etsən də, çətin idi. Amma bəzi mövqelər var ki, axsayırıq.

    – Buraxılan qollar zamanı müdafiəçilərinizin yol verdiyi səhvlərə necə izah verəcəksiniz?
    – 1-ci qol gözümün qarşısında oldu. Bir anlıq oyunçunu buraxdılar və dönüb çox yaxşı qol vurdu. Orada mövqe səhvimizi etmişdik. Yaxın oynamaq lazım idi. Digər qollar isə əks-hücumlar zamanı vuruldu. Risk etməliydik, amma bunu tez etdik. 2-ci hissə dəyişiklik etdik. Gözləyirdik ki, 10-15 dəqiqə rəqib tərəfdə olaq. Əslində, belə də etdik. Sadəcə top itkisindən sonra geri dönüşümüz sürətli olmadı, rəqib bizdən sürətli oldu. Komanda məğlub olubsa, hər kəs günahkardır.

    – Komanda hazırda 8-ci pillədədir və aşağı mövqedəki komandalar sizə yaxınlaşır. Bu məqam komandada gərginlik yarada bilər?
    – Gərginlik I turdan olur. Turnir cədvəlində üst pillələrdə ola bilərdik, amma biz bilirdik ki, çempionat uzundur. Digər komandaların gücü də bəllidir. Bəzi reallıqlar var və biz bundan qaçmırıq. Mövsümün əvvəlindən məqsədimizin nə olduğunu deyirdik. Bunun uğrunda da mübarizə aparmaq lazımdır. Sadəcə, əsas odur ki, asan təslim olmayaq. "Qəbələ" ilə matçın 2-ci yarısı bəlkə də mövsüm ərzində ən zəif oyunumuz idi. Qola qədər epizodlarımız var idi. Amma buraxılan qoldan sonra narahatçılıq yaşandı. Biz də rəqibə 4:0 qalib gəlmişik. Futbolda belə hadisələr baş verir.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved